Həzmin pozulması. SİMPTOMLAR VƏ SƏBƏBLƏR

Baxış sayı: 2. 400

Həzmin pozulması (tibdə həmçinin “dispepsiya” adlandırılır) çox yayılmış problemdir.

İnsanların əksər hissəsi bu problemlə üzləşir. Həkimlərin müşahidələrinə görə, insanların təxminən 80%-ndə bu və ya digər formada həzmin pozulması simptomları aşkar olunur. Həkimlərin fikirinə görə, bunun əsas səbəbləri düzgün olmayan qidalanma və həyat tərzidir.

Həzmin pozulması özünü bu kimi simptomlarla büruzə verir:

– qarın ağrısı və qarında ağırlıq, diskomfort,

– köp (mədənin həddən artıq dolması hissi), qarında şişkinlik,

– gəyirmə və qarında qazlar,

– qıcqırma (ürək nahiyəsində yanğı hissi),

– ürəkbulanması və qusma,

– ağızda turş dadın olması,

– qarın qurultusu,

– qəbizlik və ya əksinə ishal.

Həmçinin həzmin pozulması baş ağrıları və əsəbiliklə müşayiət oluna bilər.

Həzm proseslərinin pozulmasının səbəbləri arasında:

– həzm yolu xəstəlikləri (xroniki qastrit, mədə xorası, duodenit, kolit), mədəaltı vəzi xəstəlikləri (xroniki pankreatit), öd daşı xəstəlikləri (xroniki xolesistit, öd daşı xəstəliyi), qara ciyər xəstəlikləri (xolangit, hepatit)

– onkoloji xəstəliklər (həzm sistemi ilə bağlı)

– lyamblioz (birhüceyrəli parazit – lyambliya – tərəfindən törədilən xəstəlik)

– fermentopatiyalar (fermentlərin anadangəlmə və qazanılmış çatışmazlığı) – seliakiya, laktaz çatışmazlığı və s.

– bəzi ümumi xəstəliklər (şəkərli diabet, hipotireoz – qalxanvari vəzi xəstəliyi, amiloidoz və s.)

– bəzi dərman preparatların uzun müddət ərzində qəbulu (aspirin və digər ağrısızlaşdıran preparatlar, hormonal preparatlar, iltihabəleyhinə preparatlar, bəzi antibiotiklər, qalxanvari vəzi xəstəlikləri zamanı istifadə olunan preparatlar və s.)

– qidanın pis çeynənməsi, qidanın həddən artıq qəbulu, çox yağlı, tam bişirilməmiş  qidaların qəbulu,

– həzm orqanlarında aparılmış cərrahi əməliyyatlar (mədənin, nazik və yoğun bağırsağın rezeksiyası, öd kisəsinin xaric olunması və s.)

– spirtli içkilərin qəbulu və siqaret çəkmək

– stress, gərginlik, depressiya

– hamiləlik. Böyüməkdə olan uşaqlıq və hamilə qadının hormonal fonun dəyişilməsi həzm prosesləri pozur.

Həzmin pozulması simptomları meydana çıxdıqda dərhal qastroenteroloqa müraciət edin. Bəzən belə simptomlar çox təhlükəli xəstəliklərin fonunda meydana çıxa bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir