Yoqa və iynəbatırma ilə müalicənin ağrılara yaxşı təsir etdiyi çoxdan məlumdur. Mudra deyilən əl hərəkətləri isə bədəni idarə etmək və sakitləşdirmək üçün alternativ və səmərəli bir üsuldur. Bu texnikanın dini əsası olsa da, mudradan hər kəs yararlana bilər. Bu texnika beyin və bədənin hər nöqtəsini hərəkətə gətirərək səhhəti yaxşılaşdırır.
Gyan Mudra
Bu hərəkətin hava elementini artırdığına inanılır. Yaradıcılıq fantaziyalarını artırmaq və dəstəkləmək məqsədi ilə istifadə edilir.
Vaayu Mudra
Bu da hava elementini artıraraq, stressi və aqressivliyi yumşaltmaq məqdəsi daşıyır, eyni zamanda hiperaktiv vücudu rahatlaşdırır.
Aakash Mudra
Bu, kosmos elementini artıraraq qorxu, kədər, sinir duyğularını rahatlaşdırır. Eyni zamanda orqanizmi metabolizmə bağlı yaranan problemlərdən arındırır. Bundan başqa boğulma hissini yox edir.
Şunya Mudra
Bu hərəkət kosmos elementini azaldaraq qulaq ağrısını sakitləşdirir.
Prithvi Mudra
Bu hərəkət torpaq elementini artırır, od elementini isə azaldır. Odur ki, yorğunluq və əzələlərin yaxşılaşmasına müsbət təsir edir.
Surya Mudra
Bu hərəkər od elementini artırır və torpaq elementini azaldır. Tiroid xəstəliklərindən əziyyət çəkənlərə müsbət təsir edir.
Varun Mudra
Bu hərəkətin su elementini artırdığı deyilir. Oynaqlarda yanma, ağrı və kramp (kramp – əl və ayaqlarda iradədən asılı olmadan qəflətən yaranan əzələ spazmıdır) varsa, bu texnika müalicəvi təsir göstərir.
Jal Şaamak Mudra
Bu hərəkətin su elementini azaltdığı deyilir. Kəskin tər qoxusu olanlara, burnu və ya gözü axanlara effektiv təsir etdiyi iddia edilir.