hinduşka

Hinduşka qanazlığını aradan qaldırırmı? – MÜTƏXƏSSİS RƏYİ

Baxış sayı: 590

Qanazlığından şikayətçi olanlar dəmir minerallarla zəngin qidalarla qidalanmalıdır. Qırmızı ət isə zülal və dəmir mineralı baxımından olduqca zəngindir. Lakin qırmızı ətdən başqa həftədə 2 dəfə hinduşka əti yeməklə də bu problemi həll etmək mümkündür. Çünki hinduşka ətinin tərkibində dəmir mineralı çoxdur.

Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova deyir ki, hind quşu ətinin digər bir müsbət cəhəti qırmızı ətə nisbətən xolesterin səviyyəsinin olduqca aşağı olmasıdır. Qanazlığından şikayətçi olanlar çoxlu qırmızı ət istehlak etdikdə çox keçmədən yüksək xolesterinlə qarşı-qarşıya qalırlar. Bu baxımdan hinduşka əti çox dəyərlidir.

Nermine Abbasova

Hind quşu əti çox ləzzətli və sağlam olmasına baxmayaraq, ondan mütəmadi olaraq istifadə etmirik. Halbuki sağlam qidalanma proqramlarına görə, həftədə 2 dəfə hinduşka əti yemək şərtdir. Bununla özümüzü anemiyadan, qanda xolesterinin səviyyəsinin artmasından qoruyar, keyfiyyətli zülal qəbul edərik.

Mütəxəssis vurğulayır ki, hind quşu əti, toyuq ətinə nisbətən daha yüksək miqdarda dəmir mineralı daşıdığından, xüsusilə, qan azığından əziyyət çəkənlərə tövsiyə olunur. Hind quşunun döş əti və ya bud ətini qazanda qaynada, yaxud tavada və ya sobada bişirərək yeyə bilərsiniz. Dəmirin orqanizm tərəfindən yaxşı əmilməsi üçün hinduşkanın yanında bol yaşıl salat istehlak etməyə diqqət göstərin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir