film

Hollivud məhsulu olmayan ən yaxşı 10 film

Baxış sayı: 1. 229

Film dedikdə ağıla ilk olaraq Hollivud gəlir. Amma təbii ki, Hollivudun sərhədlərindən də kənarda keyfiyyətli filmlərin olmasına şübhə yoxdur. Əlbətdə ki, hətta ən yaxşı filmlərdən bəhs edərkən belə dünya kinematoqrafiyasını bir siyahıya yerləşdirmək mümkün olmur, Amma bu baxımdan 10-luq təşkil etmək heç də çətin olmaz. Beləliklə, Hollivud məhsulu olmayan 10 ən yaxşı film haqda danışacağıq.

 

Favn Labirinti

Gilyermo Del Toro, İspaniya

Gilmyermo Del Toronun 2006-cı ildə çəkdiyi qorxunc, lakin eyni zamanda təsirli bu film hətta ən daşürəkli və tənqidçi izləyicini belə özünə laqeyd qoymayacaq.

Rejissor sehrli dünyanı vətəndaş müharibəsi fonunda göstərir. Miniilik Favn, balaca pərilər və digər nağıl qəhrəmanları birbaşa bizim dünyadan sehrli aləmə düşən qızcığazın qarşısına çıxırlar. Süjetin gedişatı boyunca qızcığaz Favn və ögəy atası tərəfindən hazırlalan ağır sınaqlardan keçməli olacaq. Del Toronun sehrli realizmi sizin könüllərinizi fəth edəcək.

 

Ameli

Jan-Pyer Jene, Fransa

Ameli Pulenin təqdimata ehtiyacı yoxdur.Buromantik, şənvəbirqədər fantaziya dolu filmi dəfələrlə izləmək olar ki, biz də bunu tövsiyə edirik.

Əlbətdə, əgər bu filmi indiyə kimi izləməyəcək qədər kino aləmindən uzaq deyilsinizsə, o zaman mütləq yenidən izləyin!

 

Xəyalpərəstlər

Bernardo Bertoluççi, İtaliya

Bernar Bertoluççi erotik səhnələrin ustadı hesab olunur. «Xəyalpərəstlər» — bunun bir başa sübütudur. Şayələrə görə, filmdə iki baş qəhrəmanın bütün homoseksual səhnələri kəsilib. Lakin bütün bunlar yenə də filmi həssəslıq hissindən məhrum etmir.

Filmin izlənilməsi Yeva Qrin pərəstişkarlarına isə xüsusi ilə tövsiyə olunur.

 

 

Kabuslarla sovrulanlar

Xayao Miyazzaki, Yaponiya

Kim deyir ki, cizgifilmlər yalnız uşaqlar üçündür? Özü də yapon animeləri. Ətraf mühitlə vəhdət içində yaşamağı öyrənən qızcığazın təsirli hekayəsi. Öz janrının dahisi hesab olunan Xayao Miyadzaki izləyiciyə bir qədər xeyirxah olmağı tövsiyə edir, qarşımıza çıxan çətinliklərə baxmayaraq yolumuza davam etməyə həvəsləndirir.

Anime həvəskarı olmasaz belə, bu cizgi filmini izləyin.

 

Y Tu Mamá También

Alfonso Kuaron, Meksika

Özlərinə macəra axtaran iki meksikalı yeniyetmənin hekayəsi. Yeniyetmələrin yanına gənc qız qoşulduqdan sonra film erotik çalar alır.

Gəncləri qarşıda yeni tanışlıqlar, mübahisələr və s. gözləyir. Alfonso Kuaron tipik roud-muvi çəkiməyin öhtəsindən məharətlə gəlib, bu səbəbdən sözügedən janırn həvəskarlarına izləməyi tövsiyə edirik.

 

 

Sürgün

Andrey Zvyagintsev, Rusiya

Rus rejissorunun ikinci filmi uzun mediativ planlar və istənilən şəxsin dərin hiss və emosiyalarını gizlətdiyi qəsdən soyuq aktyor oyunundan ibarətdir.

Film sevgi hissini hətta ölümə belə hazır olmaqla ifadə edir. Film Zvyagintsevin filmlərində hər zaman olduğu kimi xristian simvolikası ilə doludur – olduqca qabarıq, lakin yerində.

 

 

Qudbay, Lenin

Volfqant Bekker, Almaniya

Öz ideallarına qəti şəkildə inanan kommunist qız Kristin Kernerin kiçik hekayəsi. ADR-ın vətəndaşı bədbəxt hadisə nəticəsində komaya düşür və 8 aydan sonra ayılır. Bu müddət ərzində Berlin divarı dağıdılır, Almaniya Demokratik Respublikası isə artıq mövcud deyildi. Sosializm kapitalizm ilə əvəz edilir. Kristian komadan ayıldıqda həkim ona yataq rejimi yazır, qohumlarına isə onu hər hansısa səbəbdən dolayı narahat etmələrinə icazə vermir.

Əlbətdə ki, Berlin divarının dağıldığını ona heç kim söyləmir, çünki bu sui-qəstə bərabədir. Uzun müddət düşündükdən sonra oğlu gerçəyi ondan gizlətmək qərarına gələrək mənzilində keçmişdən kiçik bir guşə hazırlayır. Ən əsası isə odur ki, bu onda alınır!

 

 

Əxlaqsız tərbiyyə

Pedro Almodovar, İspaniya

Pedro Almodovar-ın mübahisəli və şokedici filmlərinə artıq öyrəşmişik. Bəli, «Əxlaqsız tərbiyyə» — istisna deyil. Qael Qarsiya Bernalın timsalında rejissor bizə iş, katolik məktəbdə keşişin başdan çıxardığı oğlan və illər sonra qadın görkəminə girərək keşişi terrorizə edən gəncin axtarışında olan aktyoru göstərir.

Yumor hissinin olması filmi və aktyorların mükəmməl ifasını dəyərləndirməyə kömək edəcək.

 

 

Sevgi

Mixael Haneke, Almaniya

Haneke, hər zaman olduğu kimi minimum söz, kiçik mənzil, iki yaşlı, lakin möhtəşəm aktyorlardan ibarət olduqca təsirli film ərsəyə gətirib.

 

Bu həmən o dediyimiz, lakin az sayda gördüyümüz «məzara qədər sevgi»dir.

 

 

Melanxoliya

Lars Fon Triyer, İsveç, Almaniya. Fransiya

Lars fon Triyerin məşhur işi heç də dünyanın sonu haqqda deyil. Film yer üzündə yaşamağı bacarmayan, həyata uyuşmaqda çətinlik çəkən və adət halı almış insani dəyər və arzulara biganə olan insanlar haqqdadır.

Belə insanlar üçün isə ən rahat zaman dünyanın sonudur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir