Ümumiyyətlə, homoseksualizmin yaranma səbəbləri haqqında bir çox nəzəriyyələr mövcuddur, amma mən bu məqaləmdə əsas və təcrubi tərəfləri sizin diqqətinizə çatdırmaq istəyirəm: müasir pediatrlar son yarım əsrdə aparılan statistik təhlillərə əsaslanaraq nəticəyə gəliblər ki, əgər qadın hamiləlik dövründə qızılca və ya su çiçəyi xəstəliyinə yoluxarsa, onun hormonlar sistemində ciddi problemi olan uşaq dünyaya gətirməsi riski böyükdür. Belə qadınlar tərəfindən dünyaya gətirilən oğlan uşaqlarında kişi hormonu olan testestoronun səviyyəsinin əhəmiyyətli dərəcədə aşağı olması müşahidə olunur ki, bu da qadın təbiətli kişi modelinin formalaşmasına gətirib çıxarır.
Öz cinsinə maraq hələ uşaqlıqda özünü biruzə verə bilər. Öz həmcinslərinə meyillilik erkən – uşaqlıqda başlayarsa, seksopatoloqlar bunu erkən və ya “nüvə” homoseksualizmi adlandırır. Bu zaman 7-8-yaşlı oğlanlar öz həmyaşıdları ilə maraqlanırlar və onların cinsi fantaziyalarında yalnız oğlanlar olur. İllər kecdikcə bu maraq daha da güclənir. Bu tip homoseksuallar heç vaxt qadınlarla ailə qurmur, əgər evlənmə halı baş versə belə çox az zamanda bilərəkdən səhv etdiklərini etiraf edirlər. Homoseksualizmin digər növü isə gec yaranan və ya sonradan yaranan formadır. Belə kişilər əsasən biseksual olurlar. Əksər halda onların diqqətini ancaq 25- 35 yaşa qədər olan qadınlar cəlb edir. Yetkin yaşda cinsi orientasiyanın dəyişməsinin əsas səbəbi ailə daxili problemlərdir və ya hansisa ətraf psixofaktorun təsir nəticəsidir. Homoseksual orientasiyaya həm də erkən yaşda olarkən baş tutmayan nakam sevgi, sevdiyi qadın tərəfindən gülüş mənbəyinə çevrilmə, rədd cavabı alma də gətirib çıxara bilər.
Uşağın tərbiyəsi zamanı valideynlərin diqqət edəcəyi və yol verilməz məqamlar nədən ibarətdir?
İlk növbədə son dövrlər aktual olan uşağın unikallığı faktorundan qacmaq lazımdır. Yəni bir çox analar uşağın bu və ya hansısa istedadını aşkarlayanda onu başqalarından daha fərqlı, daha üstun olduğunu düşünüb az qala öz tərifləri ilə onu göylərə qaldırırlar. Beləliklə, analar ilk növbədə öz uşaqlarının ətraf mühitini dəyişməyə çalışıb, onların əvvəllər ünsiyyət qurduğu dairədən ayırmağa başlayırlar. Çünki onlarıın fikrincə, böyük istedad sahibi olan uşaqları adi insanlarla ünsiyyət qura bilməz. Nəticə etibarı ilə belə uşaqlar böyüdükdə ancaq özlərinə bənzər insanlarla əlaqə qurmaq, ünsiyyətdə olmağa çalışırlar. Başqa sözlə, özlərinə bənzər surətini axtarmaqla məşğul olurlar. Bu da öz növbəsində çox zaman uğursuz nəticələrə gətirib çıxarır. Ona görədə uşağınızın necə istedadlı, necə ağıllı olduğunu ön plana çəkərkən, eyni zamanda hər bir insanın təkrar olunmaz və dəyərli olduğunu ona anlatmağa çalışın.
Əsas diqqətinizi ailədə olan sevgiyə verin. Bu ailənin və uşaqların tərbiyəsinin özülünü təşkil edir. Ailədə ana öz həyat yoldaşını sevməli, ona hörmət etməlidir. Ata da öz növbəsində eyni şeyləri etməyə borcludur ki, uşaq ailədə olan sevgini görub, hiss etsin. Beləliklə, övladınızın qız və ya oğlan olmasından, istedadlı və ya istedadsız olmasından aslı olmayaraq sevmək, qorumaq vacibdir. Övladın öz cinsinə görə sevilməməsi və tez-tez bunun biruzə verilməsi uşaqlar üçün böyük travmadır. Bu əsasən bir çox hallarda qızlara qarşı tətbiq olunur. Belə hallar öz növbəsində qeyri ənənəvi seksual hisslərin yaranmasına bilavastə təsir edir.
Məlumdur ki, Ümumdunya Səhiyyə Təşkilatı homoseksualizmı xəstəlik kimi qəbul etmir. Lakın hələ də bəzi tədqiqatçı psixiatrlar hesab edir ki, “nüvəli”, yəni gen mənşəli homoseksualizm cinsi azlıqların yalnız 3-10 faizini təşkil edir. Geridə qalan böyük faizi isə sosial və tərbiyə pozğunluğundan yaranan problemlər səbəbindən əmələ gəlir. Bir çox valdeyinlər üçün uşaqlarının qeyri-ənənəvi cinsi oreintasiyaya məxsus olmaları haqqında xəbər dəhşətli zərbə olur və məsələnin kökünü, müalicəsini axtarmaq üçün onlar müxtəlif yollara əl atırlar. Çox təəsüff ki, belə axtarışlar çox vaxt uğursuzluqla nəticələnir. Beləki valdeyinlərin ilk üz tutduğu kütləvi informasiya vasitələrindəki məlumatlar kifayət qədər dəqiq və həqiqətə uyğun olmur. Eyni zamanda müasir dövürdə artıq homoseksuallığın genetik əsaslara dayanan norma olması faktı da geniş vüsət alır. Yəni artıq bir çox inkişaf etmiş dövlətlərdə belə xüsusiyətləri özündə daşıyan şəxslərin özlərini əskik hiss etmələrinə qarşı çıxaraq onların homoseksuallığı rahat qəbul etmələrini və bununla qürur duymalarını təlqin edirlər. Beləliklə “dərdli homoseksualı” homoseksuallıq və ya transseksuallıq bəlasından xilas etmək əvəzinə, ona homofobiadan( homoseksualizmə neqativ yanaşma) əziyyət çəkməmək üçün psixiatr axtarışına başlayırlar. Yeri gəlmişkən, “nüvəli” (genetik) xüsusiyyətləri daşıyan homoseksuallar heç vaxt homofobiadan əziyyət çəkmir.
Onda belə bir sual ortaya çıxır – Nəyin nticəsində oğlan uşaqlarında öz cinslərinə maraq oyanır? Genetik cəhətdən belə xüsusiyətləri daşımayan fərdlərdə bunun aşağıdakı səbəbləri ola bilər:
– İlk seksual təcrübə – zorlama faktı;
– Ailədə uşaqların cinsinə görə ayrı-seçkiliyə məruz qalması;
– Cinsi əlqə ilə bağlı olan psixoloji travmalar. Məsələn, uşağın anasının başqa kişilərlə cinsi əlaqədə olmasını görməsi. Uşaqlar çox zaman belə hallarda bu faktı özlərinə qarşı zor kimi qəbul edərək qurban roluna girirlər;
– Eyni cinsli seksual səhnələrlə bol olan pornoqrafik filmlərə böyük marağın olması. Əsasən də əgər uşaq belə səhnələrlə ilk dəfə tanış olarsa;
– Ailədə sevilməyən və daima gülüş, kritika mənbəyi olan uşaqlar;
– Çox qorxaq, özündən tərəddüdlü uşaqlar, bu da zorakılığa meyilli şəxslərdə belə uşaqlara qarşı maraq oyadır;
– Anası tərəfindən həddindən ziyadə qayğı ilə böyüyən yeganə oğlan və ya atası tərəfindən sevilməyən uşaqlarda;
– Anası təərfindən qız kimi böyüdülən oğlanlarda. Əksər hallarda belə analar ancaq bacıların əhatəsində böyümüş və başqa tərbiyyə metodu görməmiş qadınlardan olur. Yəni, məni belə böyüdüblər, mən də belə tərbiyə verecəm prinsipi;
– Öz nadir gözəlliyi və incəliyi ilə pedofilləri və homoseksualları cəlb eden oğlan uşaqları;
– Aşağı intellekt səviyyəsinə və ya xarici görünüşündə hər hansı qüsurları olan oğlan uşaqları;
– Kütləvi informasiya vastələrində, şou biznesdə olan eynicinsli münasibətlərin təlqin olunması.
Əlbəttə ki, hər zorlanmış oğlan homoseksual olmur və ya hər özünə güvənməyən, zəif uşaq pedofilin qurbanı olmur. Lakin düzgün olmayan tərbiyənin, sosial problemlərin rolunu uşaqlada qeyri- ənənəvi seksual orientasiyaya marağın yaranmasında danmaq olmaz. Uşaq üçün kiçik bir psixi travma artıq onlarda homoseksuaların cərgəsinə qoşulmaq həvəsini yarada bilər. Əsasən də bu seksual zorakiliq faktı ola bilər ki, bir çox hallarda qorxmuş uşaqlar zorlama faktı barədə susmağa üstünlük verirlər. Əgər siz uşağınızda qəfildən dəyişiklik baş verərsə, çox ağladığını, hər şeyi gizlətməyə çalışmağını hiss edərsəniz daha diqqətli olun ki, vaxtında ona kömək edə biləsiniz.
Marqlı fakdır ki, Qərb dövlətlərinin seksopatoloqlarının hesablamalarına görə ancaq 4 faiz kişilər bütün ömrü boyu homoseksual olaraq qalır, 25 faiz kişilər nə vaxtsa təsadüfi və gizli homoseksual hisslər yaşayır, 37 faiz kişilər nə vaxtsa homoseksual əhval-ruhiyədə olurlar.
Tarixə nəzər salsaq görərik ki, homoseksualizm sosial hadisə kimi hələ qədim dövrlərdən mövcud olub. Qədim Romada və o dövrün şərq ölkələrində homoseksualizm ciddi şəkildə tənqid olunsa da, Qədim Yunanıstanda homoseksualizm müqəddəslik dərəcəsində sayılırdı. Spartada isə o təhsil sisteminin hissəsi sayılırdı.
Onları necə ayırd etmək olar?
Belə bir fikir mövcuddur ki, homoseksuallar qadınabənzər, yumşaq, incə hərəkətləri və səs tembrləri ilə fərqlənir. Bu əslində yanlış fikirdir. Onların arasında çox güclü, iradəli, kişi təbiətli şəxslər də var ki, onların belə meyillərinin olması şübhə doğurmaz. Lakin əgər onları “normal kişilərlə” müqayisə etsək görərik ki, homoseksuallar daha səliqəli geyimə üstünlük verirlər, öz xarici görnüşlərinə daha diqqətlə yanaşır və çox gözəl zövqə malik olurlar.
Harda?
Homoseksualların böyük faizi yaradıcı sahələrə meyl göstərir.Amma bu demək deyil ki, homoseksuallara bir çox adminstartiv, iqtisadi, texniki və s. sahələrdə rast gəlmək olmaz, sadəcə belə peşələrdə işləmək onlara nisbətən çətin olur. Onlara daha yaxın və komfortlu peşələr rəssamlıq, dizaynerlik, incəsənət aləmidir.
“Düşüncə” jurnalı