Qəribə səslənə bilər, amma bu belədir. Hormonlar bizi idarə edir. Əhvalımız, yuxunun keyfiyyəti, qidalanmamız, cavan görünməyimiz və digər bir çox vacib amillər məhz hormonlardan asılıdır. Oxuduqca özünüzü görsəniz, təəccüblənməyin.
Bizi əsəbi edən hormon
Kortizol “stress hormonu” hesab olunur. Bu hormon stress vəziyyətlərində sintez olunur. Stressə həyatımızın ayrılmaz bir hissəsi kimi baxsaq, kortizolun bir çox insanda yüksək miqdarda rast gəlinməsi təəccüblü deyil. Əgər əhvalınız tez-tez dəyişir və daha çox depressiv vəziyyətdə olursunuzsa, qəzəbli olduğunuzda özünüzü idarə edə bilmirsinizsə, deməli, kortizol hormonunuz yüksəkdir.
Bizi xoşbəxt edən hormon
Məşhur endorfin və serotonin hormonları haqda hamı eşidib. Bizə xoşbəxtlik və sevinc hisslərini yaşadan bu hormonlar insanı stress vəziyyətinə daha dözümlü edir, ağrı, həmçinin qorxu və həyəcan hissini azaldır. Endorfin bizə stress vəziyyətində problemi həll etməyə və daha sonra bədənimizin resurslarını bərpa etməyə kömək edir.
Endorfin sevimli işimizlə məşğul olanda, sevdiyimiz musiqiyə qulaq asanda, dadlı yemək yeyəndə, seks və orqazm zamanı sintez olunur. Endorfinlərin azalması əhvalın pozulması, yorğunluq, apatiya, motivasiyanın itməsinə səbəb olur.
Bizə motivasiya verən hormon
Onun adı dofamindir. Dofamin (dopamin) sayəsində biz məqsədlərimizə çatırıq, problemləri həll edirik. Bu hormon düşüncə proseslərini stimullaşdırır və həzz axtarmağa təşviq edir.
Bizi gərginləşdirən hormon
Estrogen “qadın hormonu” da adlandırılır və məhz bu hormon xoşbəxtlik hormonları olan endorfin və serotonin sintezində böyük rol oynayır. Estrogenin miqdarı aşağı olduqda qadınların əhvalı stabil olmur, hər an dəyişə bilir. Onlar daim narahat, emosional olaraq qeyri-stabil və isterik olurlar.
Bizi qəzəbli edən hormon
Qəzəb progesteron hormonunun azlığını göstərir. Estrogenin əksinə təsir göstərən bu hormon beyində müəyyən prosesləri “yatırır” və əhvalımızın korlanmasına səbəb olur. Estrogen və progesteron hormonları arasındakı balans pozulduğunda yuxu rejimi pozulur, biz impulsiv oluruq və ən kiçik qıcıqlara belə reaksiya veririk.
Bizi depresiyaya salan hormon
Depresiyanın əsas səbəbkarlarından biri qalxanabənzər vəzidir. Bu vəzinin hormonları çatışmadıqda konsentrasiyasının pozulması, yaddaş problemləri və depresiyaya gətirib çıxarır. Hormonların miqdarı çox olduqda isə bu mənzərənin tam əksi baş verir, insan qıcıqlanmış vəziyyətdə narahat və həyəcanlı olur.
Bizi aqressiv edən hormon
Aqresiyanın əsas səbəblərindən biri kişi hormonu hesab edilən testesteronun çoxluğudur. Testesteron az olan insanlarda isə qəzəb, sarkazm, narazılıq və məyusluq hissi, qadınlarda isə frigidlik meydana çıxır. (“Nevarneyox.com”)