Qadınların boylarının uzunluğu onların xərçəng xəstəliyinə tutulma riski ilə düz mütənasibdir. Araşdırma nəticəsində məlum olub ki, qadınlarda hər 10 sm boy onların döş, böyrək, yumurtalıq, dəri və düz bağırsaq xərçənginə yoluxma riskini 13 faiz artırır.
Araşdırmada 50-79 yaş arası və menopoz dönəminə girən 145 qadın iştirak edib. Məlum olub ki, boy artımıyla bağlı yaşanan bəzi hormonal dəyişikliklər xərçəng riskini artırır.
Boyla əlaqəli xərçəng riskinin müalicəsi zamanı yaş, çəki, təhsil, siqaret və içki istifadəsi nəzərə alınır.
Xərçəng riskinin artmasını sürətləndirən boy həddi tam dəqiq bilinməsə də, daha əvvələr Oksford Universitetinin apardığı araşdırma zamanı da boyu 152 sm-dan uzun qadınların hər 10 sm-dan bir xərçəngə yoluxma riskinin 16 faiz artdığı müəyyənləşmişdi.