Dikdaban ayaqqabılar biz qadınların vazgeçilməzidir. Nə qədər ağrı versə də, geyinməkdən imtina edə bilmirik. Ağrı verməsindən əlavə ciddi sağlıq problemlərinə də səbəb olan hündürdaban ayaqqabıları diqqətli seçsək, bu problemlərin qarşısını ala bilərik.
Bunun üçün əvvəlcə ayaq şəklinə uyğun ayaqqabı seçməliyik. Ən ideal ayaqqabı təxminən 5 sm hündürlüyündə topuğu olan ayaqqabılardır. Həmçinin topuk hündürlüyündən əlavə barmaqların da rahat olması üçün lazımı genişlik olmalıdır. Belə ayaqqabılar idman ayaqqabısı qədər sağlıqlıdır. 8 smdən hündür topuqlu, incə uclu ayaqqabıları uzun müddət istifadə etdikdə bel, diz, ayaq və ayağın ön qismində yüklənmələr olur və bir sıra xəstəliklərə yol açır.
Əgər hündür ayaqqabılardan imtina edə bilmirsinizsə, bunlara diqqət edin:
1. Barmaqları sıxmayan modellər seçin;
2. Çalışın qalın topuqlu ayaqqabılar seçin;
3. Bir qədər böyük ölçüdə ayaqqabı seçin;
4. Çox ayaqda qalmamağa, oturmağa çalışın;
5. Ayağınızın ayaqqabıda rahat olması üçün ayaqqabının önünə və arxasına silikon yastıqlar qoyun;
6. Hər gün eyni ayaqqabını geyinməyin. Fərqli hündürlükdə topuqları olan ayaqqabılarla əvəzləyin;
7. Ağırlığınızı hər iki ayağınıza bərabər paylayın;
8. Addım atarkən yerə ilk öncə topuğunuzu daha sonra ön hissəni vurun;
9. Pilləkənlərlə hərəkət edərkən topuqlarınızı və ayaqucunuzu eyni anda basın;
10. Önü geniş və ya idman ayaqqabıları geyərək ayaqlarınızın dincəlməsi üçün fürsət yaradın.