su

İçdiyiniz su haqqında bütün həqiqəti bilmək üçün 7 TEST

Baxış sayı: 1. 517

Müxtəlif reytinqlərə əsasən ən təmiz su kəmərini Şimali Avropa ölkələrində tapmaq olar, Danimarka və Finlandiya bu göstərici üzrə liderlik edir. Eyni zamanda başqa bir məlumata görə, planetdə 2 milyarddan çox adam çirklənmiş suyu içməli su kimi istifadə edir. Təəssüf ki, bu fakt sadəcə üçüncü dünya ölkələrinin sakinlərinə aid deyil.

Beləliklə, oxucuları ev şəraitində suyun keyfiyyətini yoxlaya biləcəyi testlərlə tanış edirik.

 

Suyun tərkibini nə üçün yoxlayaq?

İnsan hər gün su istifadə edir. Onunla orqanizmə təkcə faydalı deyil, həm də təhlükəli maddələr daxil ola bilər. Su universal həlledicidir, odur ki, adətən kimyəvi cəhətdən saf formada olmur. Bakteriyalarla və viruslarla birlikdə su, həmçinin xeyli sayda müxtəlif qatqı maddələrini özündə ehtiva edə bilər. Bütün bunlar suyun qoxusu, rəngi, şəffaflığı və dadına təsir edir. Hətta bu sadə əlamətlərə görə onun keyfiyyətini müəyyən etmək olar.

Bir çox xəstəliklərin yaranma səbəbinin 70-80% -i çirklənmiş sudur, 30%-i isə qocalma prosesini sürətləndirir. Odur ki, suyun keyfiyyətini yoxlamaq çox vacibdir. Əgər laboratoriyaya gedib analiz üçün su verməyə imkanı yoxdursa, bunu ev şəraitində ilkin sınaqdan keçirmək olar.

 

1. Saxlama

Bu test kənar maddələrin olduğunu müəyyənləşdirməyə imkan verir. Suyu təmiz şəffaf şüşə butulkaya tökün, qapağı örtün və qaranlıq yerdə saxlayın. Əgər bir neçə gündən sonra heç olmasa şübhəli əlamətlərdən birini müşahidə etsəniz (xılt, səthdə nazik təbəqə), demək ki, suyun keyfiyyəti ürəkaçan deyil: onda çox sayda suda metal duzlar var.

 

2. Qaynama

Bu təcrübə suda yüksək konsentrasiyada metallar olub-olmadığını müəyyən etməyə icazə verir, bir qabda su qaynadın, sonra onu alçaq odda 12 dəqiqə saxlayın. Bundan sonra 20 dəqiqə daha gözləyin ki, su soyusun və sonra onu boşaldın. Qazanın divarlarında əhəngli çöküntülərin mövcudluğu yaxşı göstərici deyil. Əgər əhəngin rəngi bozdursa, deməli, kalsiumun konsentrasiyası ilə, qəhvəyi və ya sarıdırsa, demək ki, dəmirlə örtülüb.

 

3. Marqanislə test

Adi manqan məhlulu müəyyənləşdirməyə imkan verir ki, su içmək üçün yararlıdır, ya yox. Bir stəkan suya bir qədər marqanis əlavə edin və reaksiyanı qiymətləndirin. Su açıq-çəhrayı olmalıdır. Əgər həmin su sarı rəng alırsa, keyfiyyətsizdir, onu içmək olmaz. Üzvi maddələr dağılan zaman manqan məhlulu solğunlaşır.

 

4. Çay dəmləmək

Çay müxtəlif sularda müxtəlif cür dəmlənir, hətta keyfiyyəti yaxşı olsa da. Çayın şəffaflığına xüsusi diqqət yetirmək lazımdır. Təzə dəmlənmiş çaya 40-50 ml qaynamamış su tökün. Əgər çayın tərkibi daha yüngül bir kölgə əldə edərsə, suyun keyfiyyəti münasib qəbul edilə bilər.

Əgər çayın rəngi bulanıbsa, onu içmək olmaz: Onda aşırı miqdarda duz, üzvi və zərərli maddələr ola bilər.

 

5. Çəki

Hesab edilir ki, yaxşı keyfiyyətli su daha yüngüldür. Mətbəx çəkisinin köməyi ilə 2 nümunə çəkmək olar. İki nümunəni eyni qabda sınaqdan keçirin.

 

6. Güzgü ilə sınaq

Kənar maddələrin olduğunu müəyyənləşdirmək üçün təmiz güzgünün səthinə bir damcı su axıdın. Maye buxarlanıb quruyana qədər gözləyin və daha sonra hər ikisini müqayisə edin. Əgər güzgüdə iz qalıbsa, deməli, suda kənar maddələr var. Yaxşı keyfiyyətli su buxarlandıqdan sonra iz buraxmır.

 

7. Maye sabun

Bu üsul suyun sərtliyini yoxlamağa imkan verir. Suya az miqdarda sabun əlavə edin. Əgər su yumşaqdırsa, o sürətlə əriyəcək və böyük miqdarda köpük yaranacaq. Su sərtdirsə, tamamilə əksi baş verəcək. Yağ turşuları kalsium və maqneziumdan yaranır, suda olan möhkəm birləşmələri sabunu köpüklənməyə qoymur.

Qeyd edək ki, bir insan həyatı ərzində təxminən 35 ton su içir. Buna görə də onun keyfiyyətini yoxlamaq vacibdir. Xüsusilə ətrafdan gələn müxtəlif kimyəvi maddələrin 80 faizinin mütləq su mənbələrinə düşdüyü nəzərə alsaq, daşıdığı metalların müxtəlif xəstəliklərə səbəb olduğu istisna deyil.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir