kofte

İçli küftə belə hazırlanır – RESEPT

Baxış sayı: 1. 643

“Gencaile.az” saytının hər həftənin bazar ertəsi oxucularına təqdim etdiyi  “Yeməyə nə var?” rubrikasında bu dəfə sizə içli küftənin hazırlanma qaydasını təqdim edəcəyik.

 

 

Ərzaqlar:

200 qram qiymə

1 baş soğan

Duru yağ

Duz, istiot, qırmızı istiot

 

Xəmirinə lazım olan ərzaqlar:

1 stəkan küftəlik bulqur – narın buğda

1 stəkan manna yarması

Un

Su

Duz

icli kofte

Hazırlanması:

Manna ilə bulquru şişməsi üçün bir az suda saxlayın. Şişib xəmir halını alana qədər əti soğanla yağda qovurub içinə duz, istiot əlavə edin. Daha sonra şişmiş bulqur-manna  qarışığına çörək xəmiri halına gəlməsi üçün bir az un tökün. Kündələr halına gətirib içini açın və soğanlı qiyməni qoyub ağzını bağlayın. Bir az saxlayın, sonra qaynayan duzlu suda bişməyə qoyun.

Su çəkilənə qədər bişirin, amma qızarmağa qoymayın. Sonra da götürüb isti-isti servis edin. Biri doymaq üçün bəs edir. Doyumlu və ləzzətlidir.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir