neqliyyat

İctimai nəqliyyatda aqressiv insanlarla necə davranmalıyıq?

Baxış sayı: 1. 332
Hər birimiz gün ərzində bir dəfə də olsa, aqressiv insanlarla qarşılaşırıq. Ünsiyyətdə olmasaq belə, onlar neqativ enerjiləri ilə bizə təsir edə bilirlər. Aqressiv insanlarla sözün “çəp” gəldikdə isə əsl fəlakət başlayır. Ən sakit insan belə, sinirlərini cilovlaya bilmir və münaqişəyə girir. Bu hal xüsusilə ictimai nəqliyyatda daha çox baş verir. Son vaxtlar sürücü-sərnişin davaları da problemi pik həddə gətirib. Demək olar ki, avtobus, metrodan istifadə edən hər kəs gün ərzində bir neçə dəfə aqressiv insanlarla qarşılaşırlar. Bəs nə etməliyik? Aqressiv insanlarla necə davranmalıyıq? Sualın cavabını psixoloq Orxan Orucla müzakirə etdik.
Image result for İctimai nəqliyyat
Həmsöhbətimiz deyir ki, aqressiya insan daxilində yığılıb qalan emosiyaların büruzə verilməsidir. İnsan daxili gərginliyini çölə vuran zaman bu hal baş verir: “İnsan daim gərginlikdə olanda onda aqressiya formalaşır. Xüsusilə də çox işləyən və gərginlikdən istirahət edə bilməyən adamlar aqressiyanın qurbanına çevrilirlər. Rejimsiz həyat, yuxusuzluq aqressiyanı formalaşdırır”.

  Psixoloqun sözlərinə görə, aqressiya heç də hər zaman zərərli olmur: “Bəzən insana emosional boşalma xeyir verir. Həm də çox sakit, heç nəyə etiraz etməyən, emosiyalarını büruzə verməyən adamları da sevən az olur. Aqressiya hansısa insana qarşı yönəlməyəndə, dağıdıcı hərəkətlərə çevrilməyəndə, insana xeyri olur. İdmanla məşğul olmaq, qaçmaq, təbiət qoynunda gəzmək, hər hansısa fiziki hərəkətlə məşğul olmaq insanın daxilində aqressiyasının boşalması üçün ən gözəl vasitələrdir. Amma bu aqressiya və daxili gərginlik kiməsə qarşı yönələndə, münaqişə qaçılmaz olur”.

Psixoloq deyir ki, əgər siz aqressiv insanla qarşılaşırsınızsa, ona mümkün qədər reaksiya verməməyə çalışın: “Aqressiv insana həmin an cavab vermək onun aqressiyasının daha da şiddətlənməsinə səbəb olur. Hətta bu, o qədər şiddətlənə bilər ki, həmin insana fiziki şiddət də göstərilər. Aqressiv insanın emosional davranışı bir neçə saniyə, maksimum bir neçə dəqiqə çəkir. Bu müddət ərzində həmin şəxslə konfliktə girməməyə, maksimum şəkildə reaksiya verməməyə çalışın. Bir neçə dəqiqədən sonra isə məsələni müzakirə etmək olar.  Hədəf olmamaq üçün qarşındakı şəxsin emosional reaksiya göstərdiyi müddətdə onunla heç bir kontakta girməmək və ondan uzaqlaşmaq vacibdir”.

 

 

Aygün ƏZİZ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir