Fexri agayev

İdarəçilərə 7 tövsiyə – FƏXRİ AĞAYEV YAZIR

Baxış sayı: 954

Təssüflər olsun ki, bu gün biznesimizdə idarəçilik vəzifəsində çox təsadüfi insanlar var. Qohumluq, əqrəbalıq, yerlibazlıq, tapşırıq kimi müxtəlif səbəblərə görə vəzifəyə gətirilən insanlar idarəçiyə məxsus olan nə peşəkar, nə də şəxsi keyfiyyətlərə malik deyillər.

Məhs buna görə də bu insanlar görüşəndə biri biri ilə ünsiyyət zamanı “bizim ölkədə bu mümkün deyil”, “burda adam tapmaq olmur”, “yaxşı işçi yoxdur” kimi mövzular danışlır. Yaxşı və güclü işçi görəndə işə alırsınız ki? Vəzifə itirmə qorxusu o qədər güclüdür ki, potensialı olan hər insanı hər bəhanə ilə şirkətdən uzaqlaşdırırlar ki, özü üçün təhlükə olmasın.

 

1. Rəhbərlər! Eqonuzu qoyun kənara. Tabeçiliyinizdə olan insanlara bacarıqlarını və biliklərini nümayiş etdirmək üçün şərait yaradın, onlara dəyər verin və sonra nəticələr sizi təəccübləndirəcək.

 

2. Əməkdaşlarınızın özgüvənini artırın. Hər zaman demişəm : mən nə qədər bilikli olsam da, tabeçiliyimdə olan 1000 nəfərdən daha məlumatlı olmağım mümkün deyil. Və bu insanların beyin potensial və sərmayəsini “mənəm direktor və demək ki, doğrusunu mən bilirəm” tərzində düşünənlər heç bir zaman rəqabətcil bazarda qalib ola bilməzlər.

 

3. İnsanlara səhv etmə şansı verin. Sonra bu səhvləri bir yerdə analiz edin və təkrar yola davam edin.

boss

4. Işçilərin təşəbbüskarlığını boğmayın. Təşəbbüsünə görə cəzalandırılan insan bir daha təşəbbüskarlıq etməz. İnsan yetişdirmək uzun bir prosesdir və bu prosesdə səbirli və anlayışlı olmaq lazımdır.

 

5. Yanaşma sözlərlə deyil, əməllərlə olmalıdır. Şirkətin illik iclasında bir dəfə rəhbərlik qarşısında “ən vacib bizim üçün insanlarımızdır, kadrlarımızdır, komandamızdır” deməkdənsə bu yanaşma tərzi və düşüncəsini hər gün o insanların özlərinə nümayiş etdirmək lazımdır.

 

6. Keyfiyyətli xidmət bir dəfəlik aksiya və ya kampanya kimi deyil – daimi proses kimi görmək lazımdır. Və bu prosesin mütəmadiliyini qorumaq üçün əməkdaşların içində olan istək, enerji, motivasiya hər zaman yüksək səviyyədə tutulmalıdır. Belə bir halda insanlar saata baxmadan yorulmadan işləyəcəklər. Unutmayın ki, müştərilər rəhbəri görmür – əməkdaşları görürlər.

 

7. “Rəhbərin işi əmr verməkdir” deyə düşünənlər, artıq məsləhət və tövsiyyə verməyi və işçilərinin təşəbbüslərini stimullaşdırmağı öyrənməlidirlər. “Direktor hər şeyi bilir” dövrü artıq geridədir. Artıq, “Lider tabeçiliyində olan insanların komandaya çevirir və sinerji yaradaraq gücləndirir” dövrü gəldi.

Vəzifənin hakimiyyət verdiyinə alışmış sərt rəhbərlər, artıq hörməti və etibarı ancaq öz şəxsi keyfiyyətləri ilə qazanmalıdırlar.

Vəzifənin verdiyi güc ilə insanları əzən və onlar üzərində hakimiyyət quraraq eqonu tətmin etmək “güclü rəhbər” demək deyil. Bu dövrlər geridə qaldı.

Rəhbər artıq boss deyil, lider olmalıdır.   Çünki insanlar bossları sevməzlər, amma liderlərin arxasınca ölümə belə gedərlər.

Zamanə dəyişir. Artıq idarəçilərin də dəyişmə zamanı gəldi.

 

Peşəkar idarəçi və biznes konsultant Fəxri Ağayev




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir