sevgili

İdeal münasibətə sahib olmaq istəyirsinizsə… – “EVLİSƏN”

Baxış sayı: 629

Aranızda sirr yoxdur

Güclü mənəvi bağlılıq bütün yalanları və saxtakarlığı səndən uzaqlaşdırır. Münasibətinizdə onlara ehtiyac duyulmur, hətta “şirin” yalan olsa da
Bir-birinizə yalan danışmırsınız. Biriniz səhv etdikdə münasibətlərinizə mənfi  təsir edə biləcəyindən qorxmadan bu barədə bir-birinizə etiraf edirsiniz. Əminsiniz ki, partnyorunuz sizi başa düşəcək və qarşılıqlı razılıq əldə olunacaq.

sevgi

Münasibətlərdə rahatsınızsa

Partnyorunuzun yanında inanılmaz dərəcədə rahatsınız. Rahatlıq zonası birlikdə olduğunuz yerdir. Sevdiyiniz yanınızda olanda bütün məsələlər, problemlər öz əhəmiyyətini itirir və ya gözünüzdə əvvəlki qədər böyük görünmür.

sevgi

Eyni hədəfləriniz varsa

İki insan arasında güclü mənəvi bağlılıq varsa, prinsip və hədəflərin oxşar olması təsadüfi deyil. Eyni şey ailə dəyərlərinə də aiddir. Güclü mənəvi bağlılıq gələcək həyata baxışların oxşarlığı deməkdir. Bu, birlikdə yaşamaqdan zövq almağa imkan verir.

sevgi

Bir-birinizi intellektual baxımdan da cəlb edirsinizsə

Tamamilə fərqli insanların birgə xoşbəxt ömürsürmə ehtimalı çox aşağıdır. Cütlükləri bir-birinə bağlayan ortaq cəhətlər olmalıdır. Qəlblərin bir-birinə ruhən bağlanmasından savayı, intellektual cazibə də olmalıdır ki, saatlarla istənilən mövzuda danışa biləsiniz. Problemlərinizi rahatlıqla bölüşürsünüz, inanırsınız ki, ən yaxşı həll yolunu birlikdə tapa bilərsiniz.

sevgi

Sizi bir-birinizə bağlayan yumor hissi varsa

Əbəs yerə demirlər ki, gülüş ən yaxşı dərmandır. Yumor hissiniz eynidirsə, o zaman eyni şeylərə birlikdə və daha çox gülmək şansınız var. Çünki gülmək ovqatı yüksəldir, sizi gözəl işlər görməyə ruhlandırır, ən əsası cavan və şux saxlayır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir