valideyn

İdeal valideyn necə olmalıdır?

Baxış sayı: 988

Uşaqları ilə münasibətdə heç bir problem yaşamayan, ancaq həyat yoldaşları ilə münasibətdə ciddi problemlərlə üz-üzə qalan çox valideynlər var. Belə valideynlərin uşaqları valideynləri ilə “yaxşı vaxt keçirsələr də”, ata-anaları arasındakı gərginlikdən də öz paylarını alırlar.

Uşaqlar yaxşı hərəkətləri təqlid etdikləri kimi, pis hərəkətləri də təqlid edirlər. Xüsusilə, bu, kiçikyaşlı uşaqlar üçün daha xarakterikdir. Başqa sözlə, əgər uşağınızdan sevginizi əsirgəmirsinizsə, ancaq öz aranızda “nifrət” hakimdirsə, deməli, uşağınız təkcə sevgini yox, nifrəti də öyrənəcək. Ailədəki qeyri-sabit mühiti görən uşaq müəyyən bir vaxtdan sonra valideynlərinin səmimiyyətinə inanmır.

Bu isə vaxt keçdikcə ailə daxilində etimadsızlığın meydana gəlməsinə və uşaqda özünəinamın azalmasına səbəb olur. Tərəflər arasındakı gərginlik uşağın psixologiyasına da mənfi təsir göstərir. Əgər uşaq yeniyetməlik dövründədirsə, istər-istəməz daha sabit bir mühit axtarmağa başlayır. Buna görə də tədricən evdən uzaqlaşır.Belə mühitlərdə böyüyən uşaqlar gələcəkdə quracaqları ailələrdə də bu mənfi təsirlərdən xilas ola bilmirlər. Uşaqlara ayrılan zaman da daha çox nəsihət verərək keçirilir. Bunun yerinə gənclərin zövqlərinə də uyğun gələcək ortaq fəaliyyətlər tapmaq və bu vaxt inkişaf edən təbii mühitlərdə ünsiyyət qurmaq daha asan olacaq. «Ana, ata nə edər? Ümumiyyətlə, bizim zamanımızda belə şeylərmi vardı?» şəklində reaksiyalar verərlər. Uşaqlarının hər etdiyindən xəbərdar olmaq istəyirlər. Onun hər hərəkətinə tez əsəbiləşərlər.

Davamlı nəsihət verən bir hal içinə girirlər. Valideynlərin rəftarı necə təsir edir? Ana-atasının hər şeyinə müdaxilə etməsi, davamlı idarə altında tutulması, davamlı nəsihət onların reaksiyasını çəkir. Gənclər bu vəziyyəti özlərinə dəyər verilməmə hesab edirlər. Azadlıqlarının qısıldığını düşünülər. Ana atayla davamlı bir qarşıdurma mühiti meydana gəlməyə başlayır. Ana ata nə etməlidir? Uşağınızın artıq bir şəxsiyyəti olduğunu qəbul edin. Onların fikirləri, zövqləri sizə tərs gəlsə də, acımasız formada tənqid etməyin. Əvvəlcə onlara hörmət etdiyinizi nümayiş etdirin. Kiçik səhvlər etmələrinə icazə verin. Həddindən artıq qorumaqla onları həyatdan qopardığınızı unutmayın. Yetkinlik çağında onun ən yaxşı yoldaşı siz olun.

Yetkinlik dövrü uşaqlar və ailələri üçün çox çətin keçən bir dövrdür. Uşağınızın hər şeyə etirazlar etdiyi, «mənim etdiyim doğrudur» dediyi, davakar olduğu bu dövrü sağlam bir şəkildə sovuşdura bilməsi üçün onun ən yaxşı dostu siz olmalısınız. Nə etməliyik? Hər şeydən öncə tərəflər bir araya gəlməli və mövcud problemləri nəzərdən keçirməlidirlər. Əgər tərəflərdən biri problem olduğunu qəbul etmirsə, onda problem olduğunu qəbul edən tərəf məsələyə müdaxilə etməli və problemin həllinə çalışmalıdır. Əgər problemin həllinə daha tez nail olmaq istəyirsinizsə, güzəştə getməyi də bacarmalısınız. Yetkinlik çağinda onun ən yaxın yoldaşı siz olun. Problemlərinizi həll edənə qədər həssas davranmalı və bu prosesin uşağınıza mənfi təsir göstərməsinə imkan verməməlisiniz. Tərəflər qəbul edəcəkləri bütün qərarlarda uşaqlarını da nəzərə almağı unutmamalıdırlar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir