idman

İdman ömrümüzü uzada bilərmi?

Baxış sayı: 574

Bütün gününü oturanlar, yemək yeyəndən sonra hərəkətsiz qalan insanların nəzərinə çatdırırıq ki, gündə sadəcə 15 dəqiqə idmanla məşğul olanlar orta hesabla 3 il daha artıq yaşayırlar. Rus mətbuatının  verdiyi məlumata görə, Tayvanda 400 min insan ilə 8 il ərzində  aparılan araşdırmalar bunu deməyə əsas verir.

Nermine Abbasova

Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasovanın sözlərinə görə, bir necə idman hərəkəti daha sağlam həyat tərzi yaşamağa kömək edir.

Nərminə xanım həmçinin qeyd edir ki, gündə sadəcə 15 dəqiqə idman etməklə bütün insanların, hətta yüksək risk qrupunda olanların belə həyatı daha sağlam ola bilər. Bu cür həyat tərzi xərçəng riskini 10, ürək problemlərini isə 20 faiz azalda bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir