shtanqa-ile-meshq-proqrami

İdman zalı üçün TOP-10 qayda

Baxış sayı: 5. 292

Kişi güclü olduğu zaman, bir çox şeyə qadir olur. Aşağıdakı məsləhətlər sizə idman zalında özünəinam bağışlayacaq.

1. Böyük dördlük qaydasını unutmayın

Sadəcə dörd məşq – çömbəlmə, dartınma, uzanaraq jim, çiyinə qaldırma – istənilən məşqin əsasını təşkil edir.

2. Qantellərdən istifadə edin

Əgər zalda bahalı trenajorlar yoxdursa, təəssüflənməyə dəyməz. Adi qantellərlə belə istənilən məşqi yerinə yetirmək olar. Sadə ştanqa və ya qantellər – istənilən məşqin kralıdırlar.

3. Hər şey çox sadədir

Bəzi ekspertlər məşqləri zamanla çətinləşdirməyi, yeni üsulları əlavə etməyi məsləhət bilirlər. Əslində isə eyni məşq proqramı qədər effektiv heçnə yoxdur. Sadəcə zamanla yanaşma və təkrarların sayını artırmaq lazımdır.

4. Şəxsi jurnalınızı aparın

Bütün hərəkət və məşqlərinizi qeyd edin. Sizdə baş verən dəyişiklikləri müşahidə edin və qeyd edin. Ən yüksək nəticələrinizi qeyd edin və arada bir onlara qayıtmağa çalışın.

5. Çox yükə düşməyin

Məşq zamanı yalnız bir məşqə bütün gücünüzü sərf etməyə çalışın. Qalan digər məşqləri daha az çəkilərlə və daha az yüklənərək yerinə yetirin. Bilin ki, qısamüddətli yüklənmələr orqanizmdə əzələlər üçün vacib olan hormonların yaranmasına səbəb olur.

6. 5 yanaşma qaydasına riayət edin

Fitnes mütəxəssisləri qeyd edirlər ki, daha yaxşı nəticə əldə etmək üçün hər məşqi 5 yanaşma olaraq yerinə yetirmək lazımdır.

7. Çəkini az-az artırın

Çəkilərin bir müddətdən sonra artıra bilməməyinizin əsas səbəbi ondadır ki, bir çoxlarınız məşq çəkilərinizi tez bir zamanda və böyük həcmdə qaldırırsınız. Eqonuza qalib gəlin və səbrli olun. Qaydalara görə çəki artımı, işlək çəkinin 10% dan çoxunu təşkil etməməlidir.

8. Təpələrə üz tutun

Ürək döyüntülərinin tarazlığı effektiv məşqlər üçün vacib amildir. Lakin uzun məsafələrə qaçış və velosiped əzələni dağıdan hormonların orqanizmdə artmasına səbəb olur. Qısa lakin intensiv məsafələr ilə məşq edin. Ən yaxşı variant kimi balaca təpələrə qaçaraq çıxmağı təklif edə bilərik.

9. Məşq saatlarında tarazlığı qoruyun

Bir əzələ qrupuna ayırdığınız vaxt digər əzələ qrupu ilə eyni olmalıdır. Bu zaman əzələləriniz eyni tempdə inkişaf edəcək və əzələlərinizdə disbalans yaranmayacaq. Zədələrdən qorunmuş olacaqsınız.

10. Əzələlərinizi təəccübləndirin

Hərdən məşqlərinizə qeyri ənənəvi və yeni məşqləri əlavə etməyə çalışın – “təəccüblənmiş” əzələlər daha tez boyüyür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir