“Gencaile.az” saytının “İftar menyusu” rubrikasında bu gün sizə sarımsaqlı kartof hazırlamaqdan bəhs edəcəyik.
İnqrediyentlər:
Kartof
Sarımsaq
Kərə yağı
Xama
Pendir
Duz, istiot
Hazırlanması:
Kartofu qabıqlı qaynadın. Sarımsaqlı yağı hazırlamaq üçün 100 qram yumşaq kərə yağına 5 xörək qaşığı əzilmiş və ya sürtgəcdən keçirilmiş pendir, 1 xörək qaşığı xama, 3-4 diş sarımsaq əlavə edin. Duz, istiot əlavə edib qarışdırın.
Kartofu yarıya bölün, üzərinə bu kütləni yağ kimi yaxın.
Əvvəlcədən isidilmiş sobada 200 dərəcədə 15-20 dəqiqə bişirin.
Məsudə Sultan