badimcan yelpiyi

“İftar menyusu” – 15-ci gün

Baxış sayı: 893

“Gencaile.az” saytının  “İftar menyusu” rubrikasında bu gün oxucularımıza badımcan yelpiyi yeməyinin reseptini təqdim edirik:

 

İnqrediyentlər:

2 badımcan

1 bolqar bibər

2 pomidor

5-6 dilim sarımsaq

100 qram pendir

200 qram xama

Göyərti

 

Hazırlanması:

Soba tavasını yağlayın. Badımcanı dilimləyin, amma sona qədər kəsməyin. Üzərinə bitki yağı çəkin.

Bibəri, pomidoru dilim-dilim doğrayın.

Bibəri və pomidoru badımcanın aralarına doldurun.

Pendiri, sarımsağı sürtgəcdən keçirin, mayonez, duz, istiot vurun. Bu sousu badımcanın üzərinə çəkin.

220 dərəcə isidilmiş sobada 30-40 dəqiqə bişirin.

Süfrəyə verəndə üzərinə göyərti səpin.

Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir