sarimsaqli badimcan

“İftar menyusu” – 19-cu gün

Baxış sayı: 936

“Gencaile.az” saytının “İftar menyusu” rubrikasında bu gün sizə iftar süfrənizdə ləzzətlə yeyə biləcəyiniz sarımsaq və mayonezli qızardılmış badımcan hazırlamağın qaydasını təqdim edəcəyik.

 

İnqrediyentlər

Super Sun yağı – 4 x.q.

Badımcan – 2 ədəd

Duz – 2 ç.q.

Sarımsaq – 2 diş

Mayonez – 60 qr.

Şüyüd – 0.5 dəstə

Qara istiot zövqə görə

 

Hazırlanma mərhələsi

Halqa doğranmış badımcanlar duzlanır, 5-7 dəqiqə saxlanılır. Sous hazırlanır: mayonezin üzərinə xırda doğranmış şüyüd, duz, istiot, əzilmiş sarımsaq əlavə olunur, qarışdırılır. Qaynar tavada yağ əridilir, badımcanlar hər iki üzü olmaqla yaxşıca qızardılır. Yağını çəkmiş badımcanların hər halqasına mayonez-sarımsaq qarışımlı sous çəkilir.

 

Hazırladı: Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir