“Gencaile.az” saytının Ramazan ayı boyunca ənənə halını almış “İftar menyusu” rubrikasında bu gün sizin üçün yay sərinliyini, təravətini əks etdirən pomidor şorbasıın hazırlanma qaydasını təqdim edəcəyik
Pomidor şorbası
İçindəkilər
Soyulmuş və sürtgəcdən orta ölçülü pomidor – 5 ədəd
Un – 2 x.q.
Duru yağ – 2 x.q.
Tomat – 1 x.q.
Qaynar su – 5 stəkan
Duz
Hazırlanması
Unu qazanda isidilmiş duru yağda 1-2 dəqiqə qovurun, tomatı da əlavə edin. Bu qarışımı 2-3 dəqiqə orta odda qovurun. Sonra sürtgəcdən keçirilmiş pomidorları da əlavə edin. Blenderdən keçirib suyu da əlavə edin. Bişənə qədər qaynadın. Duzu da əlavə etdikdən sonra üzərinə sürtgəcdən keçirilmiş holland pendiri əlavə edib servis edin.
Hazırladı: Məsudə Sultan