lobya

“İftar menyusu” – 22-ci gün

Baxış sayı: 1. 121

“Gencaile.az” saytının “İftar menyusu” rubrikasında bu gün oxucularımıza quru lobya şorbasının hazırlanma qaydasını təqdim edirik.

 

Ərzaqlar

Quru lobya – 2 stəkan

Baş soğan – 2 ədəd

Kərə yağı – 2 x.q.

Pomidor tomatı – 1 x.q.

Bibər tomatı – 1 x.q.

Qaynadılmış su – 5 stəkan

Zövqə görə istəsəniz servis edərkən üzərinə keşniş doğraya bilərsiniz.

 

Hazırlanması

Quru lobyanı axşamdan təmizləyib, yaxşıca yuyub isti suda islağa qoyuruq. Səhər isə suda tam bişənə qədər bişiririk. Soğanı xırda doğrayıb, yağda üzərinə duz, istiot əlavə edib qızarana qədər qovururuq. Sonra tomatları əlavə edib 2-3 dəqiqə dadı çıxana qədər qarışdırıb suyu əlavə edirik. Su qaynayanda lobyanı əlavə edirik. Zövqə görə duz da qoyuruq. Bişdikdə isə üzərinə istiot əlavə edirik.

 

Hazırladı: Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir