“Gencaile.az” saytının “İftar menyusu” rubrikasında bu dəfə yay əriştəsinin hazırlanma qaydasını təqdim edirik.
İçindəkilər
Ət suyu – 500 ml.
Maş lobya – 0.5 st.
Soğan – 2 ədəd
Pomidor – 4 ədəd
Acı bibər – 1 ədəd
Kərə yağı
Duz, istiot
Keşniş
Xəmiri üçün
Un – 1 st.
Su, duz
Hazırlanması
Lobya bişirilir. Xırda doğranmış soğan, bibər və qabığı soyulmuş pomidor yağda qovrulur, duz, istiot səpilir. Ət suyuna qovrulmuş ərzaqlar və maş lobya əlavə edilir. Qaynamağa qoyulur. Una duz və su əlavə edilir, xəmir yoğrulur. Bir qədər dinlənmiş xəmirdən əriştə kəsilir, bulyona əlavə edilir. Hazır olmuş şorbaya xırda doğranmış keşniş səpilir.
Qeyd: istəsəniz didilmiş toyuq əti də əlavə edə bilərsiniz.