“Gencaile.az” saytının “İftar menyusu” rubrikasında bu gün oxucularımıza pendirli kotletin reseptini təqdim edirik:
İnqrediyentlər:
200 qram pendir
4 ədəd sosiska
2 ədəd yumurta
8 çay qaşığı un
Qarğıdalı yarması və ya 200 qram çipsi
1 xörək qaşığı xama
Hazırlanma qaydası:
Sosiskanı xırda doğrayın.
Sürtgəcdən keçirilmiş pendirə 1 yumurta, 1 xörək qaşığı xama, 4 xörək qaşığı, 1-2 diş sarımsaq əlavə edin. Yaxşı qarışdırın.
Şirin olmayan qarğıdalı lopalarını əlavə edin.
Kiçik kotletlər düzəldin. Əvvəlcə una, sonra yumurtaya, sonda qarğıdalı yarmasına və ya çipsiyə batırın.
Tavada hər iki tərəfini qızılı rəng alana qədər qızardın.
Hazırladı: Məsudə Sultan