Ramazan ayının başlaması ilə əlaqədar olaraq bu gündən etibarən “Gencaile.az” saytı yeni rubrikaya start verir. “İftar menyusu” adlandırdığımız bu rubrikada sizin üçün qeyri-iş günləri istisna olmaqla hər gün bir iftar yeməyi təqdim edəcəyik. İlk gün üçün sizə yaşıl noxudlu toyuq yeməyini təqdim edirik.
İnqrediyentlər
3 ədəd toyuq bonfile
1 ədəd qırmızı uzun bibər
1 ədəd sarı dolmalıq bibər
1 ədəd baş soğan
2 diş sarımsaq
3 x.q. yaşıl noxud
2 x.q. soya sousu
3 x.q. Super Sun yağı
1 ç.q. duz
0.5 ç.q. pul bibər
0.5 ç.q. qara istiot
Hazırlanma mərhələsi
Yaşıl noxudlar qaynar duzlu suda bir az qayanadılır. Soğan kub formasında doğranılır, sarımsaqlar xırdalanır, bibər və toyuqlar jülyen doğranılır. 2 x.q. ərinmiş Super Sun yağında soğanlar 2-3 dəqiqə sotelənir. Sarımsaqlar da əlavə olunur və sotelənməyə davam edilir. Soğan və sarımsaqlar yaxşıca yumşalanda yaşıl noxudlar, bibərlər də bura əlavə olunur. Bibərlər azca yumşalanda qalan yağ və toyuqlar da əlavə edilir, sürətli şəkildə sotelənir. Ocaqdan almadan 2 dəqiqə əvvəl soya sousu və ədviyyatlar tökülür, 2 dəqiqə daha sotelənir, servis edilir.
Nuş olsun!
Hazırladı: Məsudə Sultan