borek

İftar süfrəsi – 13-cü gün

Baxış sayı: 1. 340

“Gencaile.az” saytının “İftar süfrəsi” rubrikasında bu gün yay sərinliyini hiss edəcəyiniz tərəvəzli şorba, kartof və pendirin xəfif dadı ilə birləşən börək və yüngül, quru meyvəli manna yarmalı desertdən ibarək ikinci günün menyusunu sizə təqdim edirik.

Tərəvəzli yay şorbası

İçindəkilər

Pomidor – 2 ədəd

Soğan – 2 ədəd

Dolmalıq bibər – 1 ədəd

Sarımsaq – 3 diş

Tost çörəyi – 3 dilim

Toyuq suyu – 1 stəkan

Zeytun yağı – 1.5 x.q.

Hazırlanması

Pomidorun çəyirdəklərini çıxarın, sarımsaq və soğanın qabığını soyun, yuyun. Bibərlərin də tumlarını təmizləyib yuyun. Çörəyi də xırda-xırda doğrayın. Sonra toyuq suyunun üzərində olan yağı qaşıqla yığın. Bütün ərzaqları blenderdən keçirdin. Zeytun yağı, qara istiot və duz əlavə edin. Qarışdırın və soyuq şəkildə servis edin.

Kartoflu börək

İçindəkilər

Yuxa – 3 ədəd yuxa

Qaynadılmış kartof – 4 ədəd

Su – yarım stəkan

Duru yağ – yarım stəkan

Yumurta – 1 ədəd (sarısı börəyin üzərinə çəkiləcək)

İstiot, duz

Hazırlanması

Qaynadılmış kartoflar püre halına gətirilir. Püreyə sürtgəcdən keçirilmiş pendir, keşniş, yumurta ağı, duz və istiot əlavə edilib qarışdırılır. Bir qabda su və duru yağ qarışdırılır. Birinci yuxanı qoyuruq taxtanın üzərinə su və yağ qarışımını yuxanın hər yerinə yayırıq. İkinci yuxanı ilk yuxanın üzərinə salıb üzərinə su və yağ qarışımından çəkirik. Üçüncü yuxa ilə də eyni proses davam edir. Üst-üstə qoyulmuş yuxalar 8 bərabər üçbucaq hissələrə ayrılır. Üçbucaqların geniş hissəsinə kartoflu içlik qoyulur, siqaret börəyi şəklində bükülür. Hazır olan börəklər yağlanmış formaya yığılır, üzərlərinə yumurta sarısı çəkilir və əvvəlcədən qızdırılmış 190 dərəcəli sobada bişirilir, isti-isti servis edilir.

Quru meyvəli mannı yarması deserti

İçindəkilər

Süd – 1 lt

Şəkər – 9 x.q.

Manna yarması – 9 x.q.

Qaysı – 8 ədəd

Quru əncir – 5 ədəd

Sürtgəcdən keçirilmiş limon qabığı – 1 ədəd

Hazırlanması

Qaysı və quru əncir bir qaba qoyulur, üzərlərinə qaynaq su əlavə olunub 5 dəqiqə saxlanılır. Sonra isə kub şəklində doğranılır. Qazana şəkər, manna yarması, limon qabığı və süd əlavə edilir qarışıdırılır. Tündləşənə və qatılaşana qədər bişirilir. Qarışım qaynamağa başlayanda qaysı və əncir əlavə edilir, qarışdırılır və qaz sobasından götürülür. Kek qabı su ilə isidilir və hazır desert ora boşaldılır. Soyuyan deserti 5-6 saat da soyuducuda saxladıqdan sonra servis edin.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir