“Gencaile.az” saytının “İftar süfrəsi” rubrikasında bu gün sizə yay ləzzətlərindən ibarət iftar menyusunu təqdim edirik.
Qatıqlı kartof şorbası
İçindəkilər
Kartof – 4 ədəd
Qatıq – 2 st.
Sarımsaq – 2 diş
Quru nanə – 2 x.q.
Zeytun yağı – 1 x.q.
Su – 2 st.
Duz, istiot – zövqə görə
Hazırlanması
Qabığı soyulmuş kartof xırda, dördkünc formada doğranılır, suda bişirilib soyudulur (suyu atılmır). Qatıq, zeytun yağı, xırdalanmış sarımsaq, quru nanə qarışdırlır. Soyudulmuş kartof qarışıma əlavə olunur. Üzərinə duz, istiot səpilir. Kartoflu şorba soyuq halda servis edilir.
Üç pendirli toyuq salatı
İçindəkilər
Çeddar pendiri – 30 qr.
Emmental pendiri – 30 qr.
Qoyun pendiri – 20 qr.
Toyuq filesi – 150 qr.
Kök – 1 ədəd
Yaşıl alma – 1 ədəd
Kahı – 1 ədəd
Qoz ləpəsi – 30 qr.
Cəfəri – yarım dəstə
Limon suyu – 2 x.q.
Zeytun yağı – 1 x.q.
Kəkotu – 1 çimdik
Qırmızı pul bibər – 1 ç.q.
Duz – 1 çimdik
Hazırlanması
Toyuq filesi nazik doğranır, bir az döyəclənir, üzərinə kəkotu, duz, qırmızı pul bibər səpilib yağsız halda tavada bişirilir. Pendirlər kub formasında, qoz ləpəsi xırda, kahı iri halda (bıçaqla yox əllə) doğranılır, kök sürtgəcdən keçirilir. Limon suyu zeytun yağı ilə qarışdırılıb salatın üzərinə gəzdirilir. Salat qızardılmış toyuq filesi, cəfəri və xırda doğranmış alma dilimlərilə bəzədilir.
Yay yeməyi
İçindəkilər
Qarğıdalı (maridanlaşdırılmış) – 200 qr.
Rəngli bibərlər – hərəsindən yarım ədəd
Yaşıl lobya – 200 qr.
Badımcan – 1 ədəd
Kabak – 1 ədəd
Kartof – 1 ədəd
Brokkoli
Zeytun yağı
Duz, istiot
Hazırlanması
Bibər, yaşıl lobya, badımcan, kabak və kartof samanvari doğranıb hərəsi ayrı-ayrı yağda qızardılır. Üzərinə qarğıdalı dənələri əlavə olunur, duz, istiot səpilir və qarışdırılır. Yemək suda bişmiş brokkoli ilə bəzədilib süfrəyə verilir.
Nuş olsun!