“Gencaile.az” saytının “İftar süfrəsi” rubrikasında sizə növbəti iftar menyusunu Türkiyə mətbəxindən təqdim edirik. Qeyd edək ki, bu reseptlər həm dadlı, həm asan, həm də ki, doyumludur.
Ezogəlin şorbası
İçindəkilər
Kərə yağı – 2 x.q.
Orta boy baş soğan – 1 ədəd
Sarımsaq – 2 diş
Qırmızı mərci – 1 st.
Bulqur – ¼ st.
Düyü – ¼ st
Duz, qara istiot
Su – 7 st.
Sousu üçün
Bitki yağı – 2 x.q.
Un – 1 x.q.
Tomat – 1 x.q.
Nanə – 1 çimdik
Qırmızı toz bibər – 1 çimdik
Pul bibər – 1 çimdik
Su və ya ət suyu – 2 st.
Hazırlanması
Bir qazanda doğranmış soğan və sarımsaqları kərə yağında qızarana qədər qovurun. Sonra təmizlənmiş və yuyulmuş mərcini, düyün, bulquru əlavə edin, bir az qarışdırın. Bu prosesdən sonra 7 stəkan suyu da əlavə edin qoyun qaynasın. Başqa qazanda sousu hazırlayın. Bunun üçün bitki yağında əvvəlcə unu, daha sonra nanəni də əlavə edin qovurun. Üzərinə ədviyyatları əlavə edib bir az qovurduqdan sonra 2 stəkan suyu əlavə edin qoyun qaynasın. Hazır olduqdan sonra digər qazana sousu əlavə edin. Bir az qaynadıqdan sonra götürün. Servis edərkən istəsəniz yağda qovurduğunuz istiot ya da nanə əlavə edə bilərsiniz.
Makaron salatı
İçindəkilər
Makaron – 1 boşqab
Xiyar – 2 ədəd
Göyərti – soğan, nanə, keşniş, şüyüd (yarım dəstə)
Duz
İstiot
Zeytun yağı – 1 x.q.
Su – 3 st.
Qatıq – 500 qr.
Hazırlanması
Əvvəlcə suyu qaynadın. Sonra makaronları əlavə edin. Duz və yağı da tökün ki, makaronlar bişərkən yapışmasın. Bişdikdən sonra suyunu süzün və üzərinə 2 dəqiqə soyuq su gəzdirin. Qoyun soyusun. Xiyarları yuyub qabıqlarını soyun və kub şəklində doğrayın. Salat qabına əlavə edin. Göyərtiləri də doğrayıb xiyarların üzərinə əlavə edin. Soyumuş makaronları da qatdıqdan sonra duz, istiot səpin, qatığı əlavə edin yaxşıca qarışdırın.
Nuş olsun!