kabab

İftar süfrəsi – 20-ci gün

Baxış sayı: 1. 511

“Gencaile.az” saytının “İftar süfrəsi” rubrikasında bu dəfə noxudlu bulqur şorbası, noxudlu, zeytunlu çoban salatı və  Ramazan kababının hazırlanma qaydasını təqdim edirik.

 

Noxudlu bulqur şorbası

İçindəkilər

Zeytun yağı – 3 x.q.

Su – 5 st.

Bulqur – 2 ovuc

Bişmiş noxud – 1 st.

Cəfəri – 10 saplaq

Keşniş – 10 saplaq

Sürtgəcdən keçirilmiş pomidor – 1 ədəd

Tomat – 1 x.q.

Bibər pastası – 1 x.q.

Duz, istiot

Hazırlanması

Zeytun yağını isidin, sonra pastaları əlavə edib qovurun, sürtgəcdən keçirilmiş pomidoru da əlavə edib qovurun. Suyu tökün qoyun qaynasın. Su qaynadıqdan sonra təmizlənib yuyulmuş bulquru və noxudu tökün, duz, istiot səpin, az odda qoyun bişsin. Şorba bişdikdən sonra kənara alın, xırda doğranmış göyərtliləri də əlavə edin. Servis etdikdə istəsəniz limon da qoyun.

Noxudlu, zeytunlu çoban salatı

İçindəkilər

Qaynadılmış noxud – 300 qr.

Orta ölçülü xiyar – 2 ədəd

Pomidor – 2 ədəd

Cəfəri – 1 ovuc xırda doğranmış

Zeytun – 8 ədəd

Zeytun yağı

Limon

Bal

Hazırlanması

Pomidorları kub şəklində doğrayın, sulu hissəsini isə çıxardın. Xiyarları uzunsov iki hissəyə ayırın, su buraxmasın deyə içərisini qaşıqla çıxardın və doğrayın. Zeytunları da iki yerə bölün. Bütün ərzaqları noxud və cəfərilə qarışdırın. Sous üçün: Limonun qabığını sürtgəcdən keçirin və yarım limonun suyunu sıxın. 4 x.q. zeytun yağı və 1 x.q. bal ilə bunları qarışdırın, salatın üzərinə əlavə edin və yaxşıca qarışdırın.

Ramazan kababı

İçindəkilər

Badımcan – 3 ədəd

Sivri bibər – 4-5 ədəd

Pomidor – 1 ədəd

Zeytun yağı

Ətli içlik üçün

Zeytun yağı – 3 x.q.

Dana əti quşbaşı doğranmış – 300 qr.

Arpacıq soğan – 10-15 ədəd

Su – 1 st.

Duz

İstiot

Qaynadılmış quru lobya – yarım stəkan

Sous üçün

Tomat – 1 x.q.

Bibər pastası – 1 ç.q.

Su – 1.5 st.

Hazırlanması

Badımcanları yarım soyun, dörd yerə bölün və bunları də uzunsov şəklində 2-3 yerə bölün. Kağız salfetin üzərinə sərin, duzlayın və acısını çıxardın. Bibərləri iki yerə bölün, tumlarını təmizləyin. Pomidoru isə dörd yerə ayırın. Badımcan və bibərləri rəng alana qədər qızardın. Bir tavada isə ətləri bişirin. Amma tam bişməsin. Soğanı soyun, yuyun, ədviyyatları və suyu da əlavə edin, ətlər bişənə qədər bişirin. Lobyanı da əlavə edib qarışdırın. Bir şüşə soba qabının kənarlarına qızartdığınız bibər və badımcanları yığın, içlik əti isə qabın ortasına qoyun, badımcan və bibərlərin arasına isə doğradığınız pomidorları yığın. Bir kasada pastaları və suyu qarışdırın. Qabın içinə tökün, üzərini isə yağlı kağız və folqa ilə bağlayın. 180 dərəcə əvvəlcədən isidilmiş sobada 20 dəqiqə bişirin. Üzərini daha sonra açın və 5-10 dəqiqə də bu şəkildə bişirin.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir