“Gencaile.az” saytının “İftar süfrəsi” rubrikasında bu dəfə yay əriştəsi və ətli salatın hazırlanma qaydasını təqdim edirik.
Yay əriştəsi
İçindəkilər
Ət suyu – 500 ml.
Maş lobya – 0.5 st.
Soğan – 2 ədəd
Pomidor – 4 ədəd
Acı bibər – 1 ədəd
Kərə yağı
Duz, istiot
Keşniş
Xəmiri üçün
Un – 1 st.
Su, duz
Hazırlanması
Lobya bişirilir. Xırda doğranmış soğan, bibər və qabığı soyulmuş pomidor yağda qovrulur, duz, istiot səpilir. Ət suyuna qovrulmuş ərzaqlar və maş lobya əlavə edilir. Qaynamağa qoyulur. Una duz və su əlavə edilir, xəmir yoğrulur. Bir qədər dinlənmiş xəmirdən əriştə kəsilir, bulyona əlavə edilir. Hazır olmuş şorbaya xırda doğranmış keşniş səpilir.
Qeyd: istəsəniz didilmiş toyuq əti də əlavə edə bilərsiniz.
Ətli salat
İçindəkilər
Daha əti – 250 qr.
Kartof – 5 ədəd
Soğan – 2 ədəd
Keşniş, şüyüd – 1 dəstə
Bitki yağı
Mayonez
Duz, istiot.
Hazırlanması
Soğan halqavari doğranır, 3 saat sirkəli suda saxlanılır. Dana əti bişirilir, didilir, kartof dilimlənib yağda qızardılır. Servis edəcəyiniz boşqaba ərzaqlar aralarına mayonez, duz, istiot səpilərək bu qayda ilə yığılır: kartof, soğan, ət. Salatın üzərinə mayonez çəkilir və xırda doğranmış göyərti səpilir.