“Gencaile.az” saytının “İftar süfrəsi” rubrikasında fərqli dada malik atlama və tərəvəzli toyuq çığırtması kimi yay ləzzətlərindən ibarət növbəti İftar menyumuzu təqdim edirik.
Almalı atlama
İçindəkilər
Alma – 1 ədəd
Reyhan – 1 dəstə
Keşniş – 1 dəstə
Şüyüd – 1 dəstə
Qatıq – 0.5 l.
Duz
Hazırlanması
Qatıq mikserlə çırpılır, üzərinə xırda doğranmış göyərti, sürtgəcdən keçirilmiş alma və duz əlavə edilir, yaxşıca qarışdırılır. Soyuducuya qoyulur.
Badımcanlı toyuq çığırtması
İçindəkilər
Toyuq – 1 ədəd
Soğan – 3 ədəd
Pomidor – 3 ədəd
Bolqar bibəri – 1 ədəd
Badımcan – 6 ədəd
Kərə yağı
Keşniş
Duz, istiot
Hazırlanması
Parçalara bölünmüş toyuq əti, halqavari doğranmış soğan, bolqar bibəri, qabığı soyulmuş və sürtgəcdən keçirilmiş pomidor yağda qovrulur. Badımcanın qabığı soyulur, doğranır, çığırtamaya əlavə edilir, duz, istiot səpilir. Yağa düşənə qədər bişirilir. Süfrəyə veriləndə üzərinə xırda doğranmış keşniş əlavə edə bilərsiniz.
Nuş olsun!