Bu gün Ramazan ayının 15-ci günüdür. Yəqin ki, hər zamankı kimi bu gün də iftarda nə bişirəcəyini götür-qoy edən xanımlar var. Məhz bu səbəbdən iftar süfrəsi üçün hazırlaya biləcəyiniz yemək, şorba və şirniyyat təqdim edirik:
Yayla şorbası
Ərzaqlar:
Düyü – 1 stəkan
Qatıq – 1 fincan
Süd – 1 fincan
Un – 2,5 x/q.
Yumurta – 1 ədəd
Nanə
Ət bulyonu – 5 stəkan
Duz zövqə görə
Hazırlanması:
Düyünü suda bişirin. Tavaya ət suyunu və bişmiş düyünü əlavə edib, vam odda qaynadın. Kənarda qatıq, süd, un və yumurtanı qarışdırın. İçərisinə qaynayan ət suyundan bir az əlavə edib, tavaya yavaş-yavaş tökün. Qatı hala gələnə qədər vam odda saxlayın (qarışdırmağa davam edin). Digər bir tavada yağı əridib, üzərinə nanə tökün. Şorbanı süfrəyə verərkən üzərinə nanəli sousdan əlavə edin.
Spagetti “Balonya”
Ərzaqlar:
Spagetti – 100 qr.
Kərə yağı – 2 x/q.
Hisəverilmiş ət – 100 qr.
Doğranmış soğan – 2 x/q.
Pomidor – 2 ədəd
Bulyon – 1/5 st.
Sürtgəcdən keçirilmiş pendir – 2 x/q.
Göyərti, istiot və duz zövqə görə
Hazırlanması:
Suyu qaynadıb, üzərinə bir az duz töküb, spagettini bişir. Bişmiş spagettini kərə yağı və istiotla qarışdır. Konservləşdirilmiş əti xırdalayıb, üzərinə soğanı əlavə edib, kərə yağında qovur. Bir az sonra xırda doğranmış pomidoru, göyərtini, duz, istiot və bulyon əlavə edib, ət yumşalana qədər vam odda bişir. Spagettini boşqaba töküb, üzərinə qovurmadan və rəndələnmiş pendirdən əlavə et.
Trufel
Ərzaqlar:
Uşaq yeməyi – 350 qr.
Kakao – 6 ç/q.
Kərə yağı – 100 qr.
Süd – 100 qr.
Şəkər tozu – 150 qr.
Vafli (əzilmiş formada) – 1 qutu
Qoz – 100 qr.
Hazırlanması:
Tavada yağı, kakaonu və şəkər tozunu qarışdır. Üzərinə isti süd əlavə et. 5 dəqiqə qarışdıra-qarışdıra, vam odda saxladıqdan sonra üzərinə uşaq qidasını əlavə edin. Qatılaşana qədər qarışdır. Soyuduqdan sonra xəmiri yumrulayıb, əzilmiş vafli və qoza batırıb, soyuducuda saxlayın.