Bakıdan İstanbula uçan təyyarəyə minəndən öz-özümə məşhur “İstanbul səni kaybetmiş” mahnısının sözlərini zümzümə edirdim, düşünürdüm ki, görəsən bu şərqini niyə belə yazıblar! Sabiha Gökçən hava limanına enəndə məni qarşılayan yağışlı İstanbul elə bil dənizin qoynuna qısılmışdı. Azan səsi, müasir magistral yollar, şərqin və qərbin vəhdəti.. Bu dəfə İstanbulu mənim kameramın “gözləri” ilə görün istədim.
QEYD: Fotolar jurnalist Araz Əhmədova məxsusdur.