is

İl sonunda əməkdaşları motivasiya etməyin 5 yolu

Baxış sayı: 471

İlin sonu yaxınlaşdıqca bir çox şirkətlərdə eyni mənzərə yaranır: layihələr yekunlaşır, planlar bağlanır, iş ritmi isə dəyişməyə başlayır. Məhz belə bir dövrdə işçilərdə suallar yaranır. Uzun iş ili, yüklü tapşırıqlar və qeyri-müəyyənlik fonunda şirkətlər motivasiyanı qorumağın yeni yollarını axtarır. “Physical Intelligence” üzrə ekspert Claire Dale isə elə bu mərhələdə motivasiyanın hansı səbəblərlə azaldığını və ilin sonunda bunu bərpa etməyin beş əsas yolunu açıqlayıb.

Dalenin sözlərinə görə, motivasiya insan davranışının əsas mexanizmidir. İnsanda motivasiya azaldıqda stress hormonu olan kortizol yüksəlir, buna qarşı isə beyin dopamin vasitəsilə cavab verir. İş mühitində qeyri-müəyyənlik artdıqca dopamin balansı pozulur və işçilərin yüksək nəticə göstərmək həvəsi zəifləyir.

İlin sonunda motivasiyanı artırmağın 5 əsas yolu

ish

1) Kiçik uğurları belə qeyd edin

Dale bildirir ki, böhran vaxtlarında belə “kiçik qələbələr”i qeyd etmək vacibdir. Bu, həm dopamin, həm də komanda ruhu ilə bağlı oksitosin hormonunu artırır və işçilərdə “biz birlikdəyik” hissi yaradır.

 

2) Maddi mükafat yox, qiymətləndirmə daha təsirlidir

Şirkətlərin maddi mənbələri məhdudlaşsa da, Dalenin fikrincə, insanları daha çox qiymətləndirildiklərini hiss etmələri motivasiya edir. Əməkdaşın işinin görünməsi, rəhbərin açıq təşəkkürü və komanda qarşısında dəyərin ifadəsi motivasiyanı daha effektiv artırır.

 

3) Rəhbərlik “krizis rejimindən” çıxmalıdır

Rəhbərliyin qapanması, kommunikasiya etməməsi işçilərdə qeyri-müəyyənliyi artırır. Dale bildirir ki, əgər xəbər pisdirsə, işçilər onsuz da narahat olacaq. Bu xəbəri paylaşmamaq isə narahatlığı daha da artırır. Ona görə də açıq kommunikasiya və şəffaflıq motivasiyanın bərpası üçün əsas şərtdir.

 

4) İşçilərə yaradıcı olmaq imkanı verin

Yaradıcılıq dopamin səviyyəsini yüksəldir və işçiyə “rolum vacibdir” hissini verir.
Şirkətlər buna bu yollarla nail ola bilər: Rol dəyişimi (bir günlük), kreativ beyin fırtınası sessiyaları, problemlərin komanda halında yaradıcı həlli və işçilərin könüllü layihələrə qoşulması

 

5) Enerji tükənməsinin qarşısını almaq üçün mikro-fasilələr tətbiq edin

İlin sonu stres və yorğunluğun ən çox hiss olunduğu dövrdür. Uzun müddət fasiləsiz işləmək beynin fokusunu zəiflədir və dopamin balansını aşağı salır. Dalenin yanaşmasına əsasən, qısa, lakin müntəzəm “mikro-fasilələr” işçilərin həm psixoloji, həm də fiziki enerjisini bərpa edir. Bu fasilələr 3-5 dəqiqəlik nəfəs məşqləri, ayaqüstü gəzinti, yüngül dartınma hərəkətləri və ya ekrandan uzaqlaşmaq kimi sadə addımlarla həyata keçirilə bilər.

is

Motivasiyanın uğurlu nəticələri nələrdir?

Claire Dale motivasiyanın yüksək olduğu şirkətlərdə dörd əsas xüsusiyyət müşahidə olunduğunu bildirir:

Güc: İşçilər daha cəsarətli qərarlar verir, rəhbərlik isə təzyiq altında düzgün istiqamət göstərir.

Elastiklik: Komandalar dəyişikliklərə daha tez uyğunlaşır, müxtəlif bacarıqlar harmonik şəkildə işləyir.

Dayanıqlılıq: Gözlənilməz çətinliklərə qarşı “qaçmaq” yox, həll yolları tapmaq meyli artır.

Davamlı enerji: İşçilər daha uzun müddət yüksək performans göstərə bilir və şirkətin gələcək məqsədlərini daha yaxşı mənimsəyir.

 

Sərvanə Rəmixanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir