ip_6696

İlk dişlərin çıxma problemləri

Baxış sayı: 2. 352

Müasir uşaqlarda ilk diş orta hesabla 8-8,5 ayında çıxır.

ip_6696İlk dişlər uşaqda təxminən 6 ayında çıxmağa başlayır. Lakin bu çox fərdi prosesdir. Həkimlərin müşahidələrinə görə, müasir uşaqlarda ilk diş orta hesabla 8-8,5 ayında çıxır.

Bu, normal sayılır.

Hal hazırda valideynlərin bir hissəssi bu kimi problemlə rastlaşır – uşağın 1 yaşı tamam oldu, lakin ilk diş hələ də çıxmadı. Əgər bu zaman uşaqda dişlərin çıxmasının heç bir əlaməti yoxdursa (ağız suyunun axması, damaqların qızarması, şışməsi), bu uşaqda olan hər hansı xəstəliyin və ya patologiyanın simptomu ola bilər. Bu xəstəliklərin və patologiyaların arasında:

– raxit,

– maddələr mübadiləsinin pozulması,

– disbakterioz. Bu zaman uşağın orqanizmi üçün lazım olan vitamin və mikroelementlər uşağın bağırsaqlarında sorulmur və nəticədə orqanizmdə onların defisiti yaranın.

– uşaq bətndaxili hər hansı infeksiyaya yoluxubsa (xlamidioz, toksoplazmoz), bu da dişlərin gec çıxmasına zəmin yaradır.

– çox nadir hallarda uşaqlarda “adentiya” kimi (dişlərin rüşeymlərinin olmaması) patologiyaya rast gəlmək olur. Bu zaman uşaq stomatoloqu uşağın ağız boşluğunun rentgen müayinəsini (və ya daha təhlükəsiz radiovizioqrafiya müayinəsini) təyin edir ki, nəticədə uşağın dişlərinin rüşeymlərinin olub-omaması müəyyənləşdirilir.

Körpələrin bir hissəsində dişlərin çıxması prosesi rahat keçir, bir çox uşaqlar və onların valideynləri isə müxtəlif problemlərlə üzləşirlər – uşağın yuxusu pozulur, damaqlar ağrayır, qanayır, qaşınır, uşaq yeməkdən imtina edir, ağlağan olur. Bəzən uşağın hərarəti bir qədər (39-40 C qədər yox!) yüksəlir. Lakin onu da nəzərinizə çatdıraq ki, hərarətin yüksəlməsi tək dişlərin çıxması ilə deyil, hər hansı xəstəliklə də bağlı ola bilər. Bu səbəbdən uşağı mütləq pediatra göstərmək lazımdır.

Hərarəti aşağı salmaq və uşağı narahat edən ağrıları azaldmaq üçün uşağa həkimlə məsləhətləşdikdən sonra hər hansı hərarətsalan dərman vermək olar – “Panadol”, “Nurofen” və s.

Uşağın vəziyyətini asanlaşdırmaq üçün pediatr tərkibində lidokain olan xüsusi ağrısızlaşdırıcı və antiseptik gel (“Kalgel”, “Dentinoks” və s.) təyin edə bilər. Bu gellər yalnız uşaqda ağrı olduqda gün ərzində 3-4 dəfədən çox olmayaraq istifadə oluna bilər.  Gelin bir damcısını təmiz barmaqla masaj hərəkətləri ilə uşağın damağına sürtmək lazımdır. Nəzərinizə çatdıraq ki, bu gellər allergik reaksiya verə bilər

Lateksdan hazırlanan və gellə doldurulmuş xüsusi halqaları gəmirməklə uşaq daha tez və asan “diş çıxarır”. İstifadə etdikdən əvvəl halqa təmiz yuyulur və soyuducuya (duzxanaya yox!) yerləşdirilir.

Dişlərin çıxması vaxtı (xüsusən bu ağrı və s. simptomlarla müşayiət olunursa) uşağa peyvənd vurdurmaq, pəhrizinə yeni qidaları daxil etmək tövsiyə edilmir.

Dişin çıxıb-çıxmamasını yoxlamaq üçün uşağın ağzına metaldan olan çay və ya qəhvə qaşığı salın və ehmalca damaqlara döyün. Diş çıxıbsa, siz xarakterli səs eşidə bilərsiniz.

3 yaşına qədər uşaqda bütün süd dişləri (20 dənə) çıxır və 5 yaşından başlayaraq onlar tədricən daimi dişlərlə əvəz olunmağa başlayırlar.

Əgər ilk dişlərin forması, ölçüləri, rəngi normaya uyğun deyilsə, (misal üçün, dişin rəngi ağ deyil, yaşılımtıl ola bilər) və süd dişlərdən hər hansı heç çıxmayıbsa, uşaq stomatoloquna müraciət edin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir