yemek

İlk görüşdə menyunda olması vacib olan 5 yemək

Baxış sayı: 1. 692

Yeməklər bəzən ac mədəmizi “sevindirir”, bəzən həzz verir bizə, bəzən isə heç də xoş təəssürat yaratmır. Belə ki, müəyyən müddət yazışdığın biri ilə ilk dəfə görüşürsən və görüşdə bol souslu yemək yeyirsiniz, ağzınız “qulaqlar”ınıza qədər bulaşır. Elə bu anda sevgili namizədinizlə ulduzlarınız barışmamış “sönür”. “Gencaile.az” Foxy.az-a istinadən sizin bu halla qarşılaşmamağın üçün ilk görüşdə yeyilməyəcək yeməklər haqqında yazını təqdim edir.

Qadınlar diqqət! Xüsusi tərkibli salatlar olmaz

Sezar kimi bir çox xüsusi souslu salatlar dadlı ola bilər amma onların sousu ağzından axaraq səni pis vəziyyətdə qoya bilər. Salatın tərkibindəki göyərti, ədviyyatlar dişlərinin arasında da qalacaq və bu hal gülüşünə kölgə salacaq. Eyni zamanda da Sezar salatının tərkibindəki kahıları yemək istəsən yarpaqlarının böyük olmasına görə ağızda zərif görüntü yaratmayacaq.

Simit – gedənin arxasından təkbaşına yeyə bilərsən

Səhər görüşəcəksinizsə simit, pendir və armudu stəkanda çay əla seçimdir. Amma bu seçim sevgili namizədi ilə işləməz. Çünki simitin susamları dişlərin arasında qalır. Bu da simiti gedənin arxasından baxıb yeməyimizə bəs edəcək səbəbdir. Çünki kişilər təmizliyə də gözəllik qədər fikir verirlər. Və onları dişin arasında susamın niyə qalması yox nəticəsi – yəni onun orda xoş görüntü yaratmaması maraqlandırır. Buna görə də ilk görüşə səhər vaxtı gedən qızlar, qətiyyən simitə barmaq uclarınızı belə toxundurmayın.

Düşmənə belə məsləhət görülməyən Spagetti

Spagetti qədər dadlı, doyurucu yemək olmadığını düşünə bilərsən. Hətta düşünə bilərsən ki, italiyanların ən dadlı kəşfi olan bu yeməyi düşmənə məsləhət görüncə elə özüm yeyərəm də. Düzdür, yeyə bilərsən. Amma təklikdə ya da rəfiqələrinlə. İlk görüşdə qətiyyən menyu seçimini spagettidən yana istifadə etmə. Çünki üfləyərək yeyilməsi bir dərddir, çəngələ dolanması bir dərd. Bir də çəngəldən sallanan spagettilərdən yağ axır və ağıza bulaşırsa, sonra da ilk görüşün həyəcanı buna əlavə olunur. Nəticədə də isə xoş olmayan görüntü ortaya çıxacaq. Bu da yaddaşda qalacaq.

Atışdırmalıq qidanı hamburger olaraq yemə

Sevgili namizədinin yanında az yeyən kimi görünüb, “görməmiş” təsiri bağışlamamaq üçün atışdırmalıq qidalardan yana seçim edə bilərsən. Amma bu bol souslu, ağıza güclər yerləşən hamburger olmamalıdır. Çünki ilk görüşün romantikasını tez-bzara yeyiləcək sousu axan hamburger poza bilər.

Simiclik edib dönər yemə

İlk görüşdə çox pul xərcləməyə ehtiyac yoxdur. Amma bu gedib dönər yemək anlamına gəlmir. Dönər yemək elə ilk görüşdə yolların ayrılması deməkdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir