Araşdırmalara görə, kişi və qadınların bir çoxu ilk görüşdə sevgiyə inanır. İlk görüş üçün kişilər daha tələskən, qadınlar daha çox danışan olurlar. Telefonla çox maraqlanmaq isə hər iki tərəf üçün də mənfi haldır. İlk görüşdə qarşınızdakı insana mənfi təsir etmək istəmirsinizsə, “Gencaile.az”-ın Aile.lent.az-a istinadən təqdim etdiyi təkliflərə diqqət edin.
– Kişi və qadınların çoxunu online tanış olduğu biri ilə ilk görüşün nə qədər müddət sonra olması maraqlandırır. Araşdırmalar internetdə tanış olan kişilərin daha tələskən, qadınların isə daha təmkinli olduğunu ortaya çıxarıb.
– Kişilərin 90%-i tanış olduqdan sonra görüşmək üçün 1 həftədən az müddət keçməsinin kafi olduğunu, qadınların 90%-i isə 1 aydan çox zaman keçməsi lazım olduğunu düşünür.
– İlk görüşdə mənfi hiss meydana gətirəcək 3 məqam soruşulduqda iştirakçıların yarısı qarşısındakının telefonu ilə maraqlanması, süni və çoxbilmiş rəftarlar sərgiləməsini deyib. Qalan 30%-i soyuq və səssiz rəftarlar, dar dünyagörüş və kaprizli şəxsiyyətin itələyici olduğunu dilə gətirib. 20% isə lazım olduğundan çox səmimiyyət, kobud danışıq üslubu və yemək yemə formasını nümunə gətirib.
– “İlk görüşdə sizə müsbət təsir edəcək 3 məqam hansıdır?” sualına iştirakçıların yarısı “gülümsəmə, baxımlı olma və danışma tərzi”, – deyə cavab verib. 20%-i baxışların, əxlaqlı və özündən əminliyin əhəmiyyətli olduğunu dilə gətirib. 20% isə baxışlarla yanaşı, geyim tərzi və gözəl qoxunu bildirib.
– İlk görüşdə hesabın kimin ödəməsinə gəlincə, iştirakçıların 90%-i həmfikir olaraq eyni cavabı verib – “kişilər”.
– Kişi iştirakçıların 80%-i ilk görüşdə qadının evdən götürülməsinin uyğun olmadığını, 20%-i qadın istərsə, onu evindən götürə biləcəyini deyib.
– “İlk görüşdə onu hara aparardınız?”- soruşulduqda iştirakçıların 80%-i restoran, kafe, 20% -i dəniz kənarında görüşməyi seçib. 40% ilk görüş yerini qadınların təyin etməsini lazım bilib, 40%-i isə ortaq qərar verilməsinin daha doğru olduğunu söyləyib. Məkanın kişilərin təyin etməsini lazım bilənlər isə 20% təşkil edib.
– İştirakçıların 80%-i ilk görüşdə eşq yarana biləcəyinə ümidlidir. 50% ilk görüşdə sevgiyə inanır, 30% isə aşiq olunmasa belə, münasibətin yaranması üçün müəyyən xoş duyğuların başlaya biləcəyini söyləyib. İlk görüşdə aşiq olmanın mümkün olduğunu düşünənlər isə 20%-dir.
– “İlk görüş üçün təxmini nə qədər büdcə ayrılmalıdır?” soruşulduqda iştirakçıların 80%-i xüsusi bir büdcə təşkil etmədiyini deyib. 10% 100 dollara qədər xərcin çıxa biləcəyini, 10% isə xərclərin görüşdükləri adama görə dəyişəcəyini bildirib.
– İkinci görüş təklifinin kişidən gəlməsi lazım olduğu mövzusunda kişi və qadınlar həmfikirdir. Kişilərin 90%-i ikinci görüş təklifini qadından gözlədiklərini, qadınların 90%-i də təklifi kişilərdən gözlədiklərini deyiblər.
– İlk görüşdə kişilər danışmaqla müqayisədə dinləməyi daha çox sevir. Kişi iştirakçıların 70%-i dinləməyi daha çox sevdiyini ifadə edib. Danışmağı daha çox sevən kişilərin 28%-i düşünmədən danışdıqlarını etiraf edib. Bu nisbət qadınlarda 42%-dir.