MASKA

İlk iş günü təravətli görünmək üçün nə etməli? – 5 ÜSUL

Baxış sayı: 957

Həftənin ilk iş günü dəyişik, təravətli görünmək üçün özünüzə qulluq edin. Bunun üçün bazar günü 1 saatınızı ayırıb, dəriniz üçün xeyirli maskalar hazırlayın. Beləliklə, xarici KİV-ə istinadən sizi gözəl göstərəcək 5 əsas üsulu təqdim edirik:

 

1. Kartoflu cəfəri maskası

Kartofu sürtgəcdən keçirib, içərisinə xırda doğranmış cəfəri əlavə edin. Soyuducuda 2 saat saxladıqdan sonra üzünüzə çəkin. 20 dəqiqə saxladıqdan sonra yuyun.

 

2. Kosmetik qalıqları təmizləyəcək maska

Kosmetikanı sildiyin salfeti soyuducuya qoyun. 2 saat saxladıqdan sonra soyuq salfetləri üzünüzə düzün. 15-20 dəqiqə saxladıqdan sonra üzünüzü həmin salfetlərlə silin.

 

3. Özünümassaj

Barmaqlarınla üzünüzü massaj edin. Massaja yanaqlarının altından başlayın. Çalışın ki, massaj edərkən dərinizi yuxarı doğru dartın. Bunu 15 dəqiqə davam etdirin.

 

4. Soyuq qaşıqlar

Çay qaşığını soyuducunun buz yerinə qoyun. Axşam yatmazdan əvvəl qaşığı gözünüzün altına qoyun və hərarəti dəyişənə qədər saxlayın. Bu qara kölgənin getməsinə kömək olacaq.

 

5. Çaylı kompres

Axşamdan dəmlənmiş çayı tənzifin arasına töküb, soyuducuda saxlayın. Səhər üzünü yuduqdan sonra onunla silib işə yollanın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir