Əlbəttə siz həyacanlısınız. Yeni iş yerində ilk gün – məktəbdə ilk gün kimidir. Siz heç kimi tanımırsınız, məyus olmaqdan qorxursunuz.
Bu vəziyyətinizi yüngülləşdirmək üçün İDOL.AZ sizə insanların ilk iş həftəsində ən çox buraxdıqları 5 səhvi təqdim edirik. Əgər siz ilk iş həftənizi səhvsiz keçirə bilsəniz, siz kollektiv və şirkətdə asanlıqla rəğbət qazanacaqsınız.
1: Əməkdaşlarla tanış olmamaq
Utanqaclığı kənara qoyun və birgə işləyəcəyiniz insanlarla tanış olun, marağınızı nümayiş etdirin. Belə onlar sizə daha da həvəsli kömək edəcəklər.
2: Siz hər şeyi bildiyinizi düşünürsünüz
Əgər işə anlayışlı yanaşsanız, hər şeyin yeni və tanış olmayan olduğunu qəbul etsəniz, sizin üçün daha rahat olacaq. Hətta əgər bu sizin sahənizdirsə belə, bilin ki, hər bir şirkətin öz işləmə prinsipləri var.
3: Sual verməmək
Təəccüblü deyil ki, sizin iş ilə bağlı çoxlu suallarınız olacaq. Əgər həmkarınızı bezdirmək istəmirsiniz isə, suallardan siyahı hazırlayın, əsaslarını seçin. Seçdiyiniz suallar ətrafında həmkarlarınız ilə müzakirə aparın. Bu daha effektiv və rahat olacaq.
4: Keçmiş işinizdən danışmaq
Bunu etmək məsləhət deyil. Həmkarlarınız sizi “yekəbaş” və darıxdırıcı hesab edə bilərlər.
5: Çoxlu şey vəd etmək
Əlbəttə yeni iş yerinizdə güclü imic qazanmaq istəyirsiniz. Lakin öz imkanlarınızı aşmayın. Real məqsədləri ortaya qoyun.