Yeni il süfrəsi barədə düşünürsünüz? Eləisə bir tövsiyə: bu salatı süfrəyə mütləq daxil edin. “İlk qar” salatı. Salatın hazırlanma qaydasını təqdim edirik:
Tərkibi:
250 q kartof
2 duzlu xiyar
3 yumurta
500 q toyuq filesi
1 baş soğan
50 q qoz
2 diş sarımsaq
2 x.q. mayonez
duz, istiot
Kartofu qabıqlı bişirib təmizləyin, kubik doğrayın.
Toyuq filesini duzlu suda bişirib soyudun, kubik doğrayın.
Yumurtaları suda bişirib soyudun, xırda kubik doğrayın.
Duzlu xiyarı və soğanı xırda kubik doğrayın.
Sarımsağı əzin, mayonezlə qarışdırın.
Toyuq əti, kartof, xiyar, soğan, yumurta və sarımsaqlı mayonezi qarışdırın. Duz, istiot vurun.
Kahı yarpaqlarına yığın.
Qozu xırdalayıb üstünə səpin. Üzərini zeytunla da bəzəyə bilərsiniz.
Nuş olsun!
Nə isə çox gözəl salata oxşadı evdə edəcəm