usaq

İlk tərbiyə ocağı: ailə

Baxış sayı: 1. 093

Valideynlərin ən böyük problemlərindən biri də uşaqlarını etibar etdikləri təhsil müəssisələridir. Üstəlik, onlar bu müəssisələrdən təkcə təhsil yox, tərbiyə də tələb edirlər. Əslində, valideynlər bu tələblərində haqlıdırlar. Ancaq onlar ilk tərbiyə ocağının öz ailələri olduğunu unudurlar. Digər tərəfdən, onlar təhsil müəssisələri üçün göstərdikləri həssaslığı öz ailələri üçün göstərmirlər.

Ailem jurnali adlı şəxsin şəkli.

Ümumiyyətlə, tərbiyə hamiləlik dövrü ilə başlayır, doğumdan sonra sürətlənir, üç yaşından sonra isə ən çətin mərhələsinə gəlib çatır. Ancaq təəssüf  ki, bəzi valideynlər bu yaşda da uşaqlarının uşaq olduğunu düşünür, tərbiyə məsələsini ikinci plana keçirməyə çalışırlar. Nəticədə isə, haradasa, bərpası mümkün olmayan səhvlərə yol verirlər. Bu isə özünü təkcə uşağın psixoloji inkişafında yox, fiziki inkişafında da göstərir. Buna görə də, uşaqlarınızı (müəyyən mənada, şagirdlərinizi) yetişdirərkən həssas davranmalı, hər hansı bir problemə qarşı gəlişigözəl reaksiyalar göstərməməli, lazım gəldikdə bir mütəxəssisdən məsləhət almalısınız.

valideyn

Üstəlik, ailə adlandırdığımız bu ocaqda uşaqla planlı şəkildə ünsiyyət quraraq, həm şəxsiyyətinin formalaşmasına kömək edə, həm də qabiliyyətlərinin üzə çıxmasına imkan verə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir