İmmuniteti artıran bu reseptlərdə yalnız təbii ərzaqlardan istifadə olunub. Ona görə çəkinmədən bütün ailə üzvləriniz üçün hazırlayıb, qışı güclü immunitetlə qarşılaya bilərsiniz.
Beləliklə, illərin sınağından keçmiş reseptləri təqdim edirik:
1) 1 stəkan qoz, kişmiş və qaysı qurusu, bir limon (qabıqsız) təmizlənir, ətçəkəndən keçirilib, qarışdırılır. Böyüklər gündə 1 dəfə1 xörək qaşığı, uşaqlar 1 çay qaşığı qəbul edir. Yaxşı olar ki, yeməkdən bir saat əvvəl qəbul olunsun. Kurs 1 ay.
2) 100 qr. təmizlənmiş qoz, 100 qram sürtgəcdən keçirilmiş alma, 2 limon, 1 xörək qaşığı təmiz bal qarışdırılır, gün ərzində 1 dəfə qəbul olunur. Uşaqlara 5 yaşından sonra vermək olar.
3) 2 baş soğanı xırda doğrayıb, 200 qram şəkər tozu ilə qarışdırın. Yarım litr su əlavə edib, zəif odda yarım saat qaynadın. Kənarda soyudun, sonra 2 xörək qaşığı bal əlavə edib, qarışdırın. Süzüb, şüşə qabda saxlayın. Gündə 3-4 dəfə 1 xörək qaşığı qəbul etmək lazımdır.
4) 1 baş sarımsaq əzilir, bura 1 limon qabıqlı halda ətçəkəndən keçirilib qatılır. Üzərinə yarım litr qaynanmış su əlavə edib, qaranlıq bir yerdə 5 gün saxlayın. Daha sonra süzüb, profilaktik məqsədlə həftədə 3-4 dəfə 1 qaşıq olmaqla qəbul edin.
5). Uşaqlarınıza bildirçin yumurtası yedirdin. Özünüz də yeyin. Hər gün səhər acqarına 2 ədəd çiy bildirçin yumurtası içmək lazımdır.