duz

İmmuniteti söndürür, insanı zəiflədir

Baxış sayı: 515

Belçika və Almaniya alimləri orqanizmdə aşırı duzun immun sistemə təsirini araşdırıb. İmmun sistemin əsas tənzimləyici hüceyrələri T hüceyrələrin natriuma cavabı öyrənilib. T hüceyrələr iltihabi proseslə normal immun balansı tənzimləyir, orqanizmə yad bakteriyalara hücum edir. Məhz T hüceyrlərin işində zəifləmə autoimmun xəstəliklərə, eləcə də dağınıq skleroza səbəb olur.

Müşahidələr göstərib ki, çox duz qəbulu T hüceyrələrin funksiyasını zəiflədib, autoimmun fenotip yarada da bilir. Amma natriumun hansı mexanizmlə T hüceyrələrə təsiri araşdırlmamışdı.

Məlum oldu ki, natrium hüceyrə membranını qidalandıran enerji stansiyaları – mitoxondriyaları blok edir. Məhz bu mexanizm genlərin zədələnməsinə və nəticədə autoimmun xəstəliklərə səbəb olur. Sübut olunub ki, hətta qısamüddətli olaraq mitoxondriyaların pisləşməsi uzun müddət immun sistemi söndürür. Alimlər bu qərara gəlib ki, duz və duzlu qidalar T hüceyrələrin disfunksiyasına səbəb olaraq, xəstəliklər yaradır. T hüceyrələr bədxassəli şiş hüceyrələrinə də hücüm edir. Əgər T hüceyrələr zəifləsə onkoloji xəstəliklər də aktivləşir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir