Soyuq havalarda saxlanılan pəhrizlərdə zəif qidalanma immunitetin aşağı düşməsinə və nəticədə xəstələnməyinizə, müxtəlif viruslara yoluxmağınıza səbəb ola bilər.
Beləliklə, payızda sağlam çəki atmağınıza imkan verən qidaları təqdim edirik:
Armud
Armudun qabığındakı fenolik fitonutrientlər immuniteti gücləndirir.
Balqabaq
Yüksək qida dəyərinə malik olan balqabaq həm arıqlamağınıza, həm də mədə-bağırsaq sisteminizin sürətli işləməsinə imkan verəcəkdir.
Kələm
Kələm qandakı şəkəri azaldır. Pəhriz saxlayarkən istər bişirib, istərsə də çiy istehlak etməklə sağlamlığınızı da qoruya bilərsiniz.
Göbələk
Göbələk də qan şəkərini normada saxlayır, immuniteti gücləndirir və çəkiyə nəzarəti asanlaşdırır.
Alma
Alma qan şəkərinin artmasının qarşısını alır və bir çox xəstəliklərin yaranma riskini azaldır.
Nar
Nar C vitamini mənbəyi olmaqla yanaşı, həll olunan və həll olunmayan qida lifləri ilə zəngindir.
Yerkökü
Yara sağaltma özəlliyinə malik olan yerkökü şirəsini içərək ağız boşluğundakı iltihabı aradan qaldıra bilərsiniz.