Son günlər koronavirus infeksiyasına qalib gəlmək üçün immunitetin yüksək saxlanması məsləhət görülür. Çünki o bizi bir çox xəstəliklərdən qoruyur, viruslarla mübarizə aparmağımıza kömək edir. Bəs görəsən, immuniteti yüksək tutan amillər və qidalar nələrdir?
“Gencaile.az” xarici KİV-ə istinadən immun sistemini gücləndirən məsləhətlər təqdim edir:
Suya limon, nanə və zəncəfil atıb, onu içmək immunitetə kömək olacaq. Amma onun yanında sağlam qidalanmaya da diqqət etməlisiniz.
Gündə bir dəfə meyvələrdən salat hazırlayıb yeyin. İçərisində portağal, mandalin, banan, alma mütləq olmalıdır.
Balıq yemək də orqanizmin möhkəmləməsinə kömək edəcək. Tərkibi omeqa 3 ilə zəngin olan balıq əti həm immuniteti gücləndirir, həm də orqanizmin viyamin çatışmazlığını aradan qaldırır. Eyni zamanda E vitamini ilə zəngindir.
Sarımsağın faydalarını saymaqla bitmir. Bəzən ona antibiotik də deyirlər. Bu ərəfələr isə virusları öldürməkdə sizə yardım edəcək. Sarımsaq həm də soyuqdəyməni çıxarır.
Süd məhsulları da immuniteti gücləndirəcək. Xama, qatıq, süd gün ərzində bir neçə dəfə yeyə bilərsiz.
İmmuniteti gücləndirən tərəvəzlər sırasında qırmızı bibər birinci yerdədir. C vitamini ilə zəngin olan qırmızı bibəri salatda, adi halda yeyə bilərsiz. O, eyni zamanda dərini gözəlləşdirir. Qırmızı bibər görmə qabiliyyətini də yaxşılaşdırır.
Brokolli bədən hüceyrələrini yeniləyir, mikrobları yox edir, lenfosit düşüklüyünü aradan qaldırır. Tərkibi fol turşusu ilə zəngindir.
Ən əsası isə yuxu balansını qoruyun, çoxlu su için, idman edin, siqaret və spirtli içkidən uzaq olun.