milyoncu

“İmperatorun” iyrənc həyatı: milyardlar, homoseksual əlaqələr və müəmmalı qətl

Baxış sayı: 1. 695

Onlar moda dünyasının ən varlı ailələrindən biri sayılırlar. Hazırda 523 nəfərlik işçisi olan şirkətin sahibirlər. Dünyanın 60 ölkəsində 100-dən çox butikləri var. Söhbət Versacelərdən gedir. O Versacelər ki, eyni adlı şirkətin səhmlərinin 20 faizi Donatella Versaceyə, 30 faizi Santo Versaceyə, 50 faizi  Alleqra Versaceyə (Donatellanın qızı) məxsusdur.

İmperiyanın banisi

Versacelərin hazırda sahib olduqları imperiya Gianni Versace tərəfindən yaradılıb. Gianni 1946-cı ildə İtaliyanın kiçik əyalət şəhəri olan Redjo-di-Kalabriyada atelyedə anadan olub. Anası Françeska Versace dərzi, atası isə ev alətləri satıcısı imiş. Versacilərin Santo adlı böyük oğlu, eləcə də  Donatella adlı kiçik qızları var idi. Moda ilə ilk Gianni maraqlanmağa başlayıb. Kiçik yaşlarından anasının atelyesində – “Francesca Versace Elle” də işləyib. Hər gün saat 7-nin yarısında oyanıb atelyeyə gedib, anasına  müxtəlif işlərdə kömək edib, hazırladığı paltarları satırmış. Məktəbi bitirdikdən sonra valideynlərinin istəyinə uyğun memar peşəsinə yiyələnmək üçün paytaxta yola düşür və universitetə qəbul olunur. Lakin bir müddət keçdikdən sonra ixtisasın ona uyğun olmadığını anlayır. 18 yaşında təhsilini atıb geri qayıdır. Gianni yenidən atelyedə anasına kömək etməyə başlayır. Maraqlıdır ki, anası ilk vaxtlar oğlunun işlərinə önəm vermir. Çünki Françeska Versace üçün uşaqlarının arasında ən sevimlisi böyük oğlu Santo idi.

“Gianni Versace S.p.A” şirkətinin yaranması

Gianni 25 yaşında moda dizaynı sahəsində işləmək üçün Milana köçüb. Burada bir neçə markanın – “Genny”, “Callaghan” və “Istante”nin dizayneri işləyib. 1977-ci ildə Versace “Complice” firması üçün süet və dəri kolleksiyası hazırlayıb. 1978-ci ildə 32 yaşında öz moda evini, eləcə də “Gianni Versace S.p.A” şirkətini yaradıb. Ardınca “Gianni Versace” adlı ilk qadın geyimi kolleksiyasını təqdim edib. 1980-ci ildə artıq Gianni aktiv şəkildə öz adı ilə paltarlar istehsal edib, həmçinin başqa şirkətlər üçün işləyib. Günü-gündən böyüyən moda evinin işinə bacısı və qardaşını cəlb edib. Qardaşı Santo baş idarəçi olub, fotosessiyalardan məsul isə bacısı Donatella təyin edilib. Ümumiyyətlə, biznesinin təşkilində Gianniyə qardaşı Santonun böyük  köməyi dəyir.

Milyardlıq şirkət

10 ildən az müddətdə Versace 808 milyon dollar dəyərində bir imperiya yaradır. Şirkətin dünyanın 60 ölkəsində 100-dən çox butikə sahiblənir. 2012-ci ildə şirkətin dövriyyəsi 410 milyon avro təşkil edib. Versacelərin özünə gəldikdə, zəngin insanlar sayılırlar. Onların Milanda, Romada, Komo gölü sahilində, Nyu Yorkda, Mayamidə villaları  var .

“İmperatorun” ölümü

Versace də digər həmkarları Kristian Dior, Piere Kardin, Corc Armani kimi qadınlara marağı göstərməyən şəxslərdən olub.  O,  “Versace” moda evinin idman xəttinin inkişafına məsul olan Antonio Damiko ilə sevgili həyatı yaşayıb. Ölüm gününə qdədr – 14 il müddətində A.Damikodan 1 gün də ayrılmayan Gianni sevgilisinə o qədər bağlanıbmış ki, hətta “Istane” mağazalar şəbəkəsinin idarəçiliyini də ona tapşırıbmış. İddialara əsasən, sevgililər orgiya məclisləri təşkil etməkdə də məşhur imişlər. Cütlüyün model agentliklərindən qara dərili model oğlan sifariş verib seks partisi təşkil etmələri dəfələrlə maqazin xəbərlərinin anonsu olub. Onların Mayamidəki tematik klublarda da oxşar senari üzrə əyləndikləri də iddia edilir. Lakin bu baş döndürən günlər 1997-ci ilin iyuluna qədər davam edir. 45 milyon dollarlıq villada keçirilən seks məclislərinin birinin səhəri günü stilist qətlə yetirilir. Onu seks partnyoru olduğu deyilən Endryu Kunanan adlı homeseksual odlu silahdan öldürür.

Yeri gəlmişkən, Versacenin qətli ilə bağlı müxtəlif versiyalar irəli sürülür. Onlardan biri də məşhur dizaynerin mafiyaya külli miqdarda borcunun olması, rəqib şirkətlərin sifarişli qatil tutmasıdır. Amma bir məslədə də var ki, Versacenin ölümü Endryu Kunananın ilk cinayəti olmayıb. Bu şəxsin adı əvvəllər törətdiyi qətillərə görə FTB-nin axtarış siyahısında ilk onluqda imiş. Amma polis illərlə onu yaxalaya bilməyibmiş. Hətta Gianni Versace kimi önəmli şəxsin qətlində sonra da polis Endryunu yaxalaya bilmir. Polis intihar etdikdən sonra Endryu Kunananın ancaq cəsədini ələ keçirə bilir. Həmin vaxt bəlli olur ki, qatil çox da uzağa qaçmayıbmış. Belə ki, o, mərhum stilistin villasına yaxın ərazidə qayıqda gizlənibmiş.

Gianni qətlə yetirildikdən sonra məşhur malikanəsi 2000-ci ildə 41 milyon dollara satılır. Alıcı isə Versacenin qonşusu “Viktor Hotel“in də daxil olduğu VM South Beach LLC şirkəti olur. Bu arada bildirək ki, Versace malikanəni 10 milyon dollara almışdı. Lakin sonradan ona 32 milyon dollar xərc çəkmişdi. Yeni sahibi malikanəni muzeyə çevirsə də, 2012-ci ildə yenidən satışa çıxarır. Amma bu dəfə 125 milyon dollara.

Versacilər bu gün

Gianninin ölümündən sonra brendin adı sadələşdirilir, “Versace“ adlandırılır. “Gianni Versace S.p.A”  şirkətinin rəhbərliyinə  Donatella gətirilir. Donatella Versace qardaşının ənənələri davam etdirir, amma müasir interpretasiyaları da unutmur. Reklam kampaniyalarının təşkili və imic yaratmaqda peşəkar olan Donatella qısa müddət ərzində “Versace” markasına yenidən öz şöhrətini qaytarır. Dizaynerlər, biznesmenlər arasında hörmət qazanır. O, Gianninin reklam ənənələrinə sadiq qalaraq işə yalnız məşhurları cəlb edir. Onların iştirakı olmadan heç bir nümayiş keçirmir. Bu gün “Versace” brendi adı altında təkcə geyim deyil, qab-qacaq, mebel, vanna otağı aksessuarları, saat və bir sıra digər məhsullar istehsal edilir. Gianninin əsas varisinə – Alleqraya gəlincə, o, anoreksiya xəstliyindən əziyyət çəkir. Miras aldığı sərvət haqqında belə deyir: “Dayımın məni niyə seçdiyini bilmirəm. O, öldürüləndə 11 yaşında idim. 18 yaşım olanda dayımın buraxdığı sərvəti təhvil aldım”.

“Versace”nin ən böyük səhmdarı digər ailə üzvüləri kimi hamını gözü qarşısında olmağı sevmir. Hətta çox zaman Versace soyadından istifadə etmir: “Mən teatr sənəti üzrə təhsil almışam. Kiçik tamaşalarda rol almağı çox sevirdim. Ancaq həmin tamaşalara heç kəs gəlmirdi”. Hazırda Alleqra şirkətin idarə edilməsində yaxından iştirak edir. Onun sərvətinin həcmi 900 milyon dollara yaxındır.

200 milyon dollaqlıq sərvətin sahibi olan Danatella Versace isə qızının ən böyük payçı olması haqqında bunu deyir: “Ölmündən 2 il əvvəl Gianni  xərçəng xəstəliyinə yoluxmuşdu. Mənə sərvətini qızıma vermək istədiyini söylədi. Alleqra onun üçün ən əziz adamlardan biri idi. Qətldən sonra  isə qızım yemək yeməkdın imtına etdi. Bununla da qidalanması pozuldu və anereksiya başladı”.

Bildirək ki, Danatellanın Daniel adlı bir oğlu da var. Rok ifaçısı olan Daniel dayısının rəsm əsərlərini miras alıb. (publika.az)

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir