oruc

İmsakda bunları yeyin – İDEAL MENYU

Baxış sayı: 1. 855

İmsaka qalxmadan oruc tutmaq bədən enerjisinin vaxtından əvvəl itməsinə səbəb olur.

“Gencaile.az” Aile.lent.az-a istinadən  oruc tutanlar üçün imsakda nələrə diqqət etməli və nə yemələri ilə bağlı tövsiyələr təqdim edir.

Bədənin gün boyu ehtiyac duyduğu bütün qidalar imsakda yeyilir. İmsaka qalxmadan oruc tutmaq insanda halsızlıq, yorğunluq, bitkinliyə səbəb olur. Ona görə imsaka qalxmadan oruc tutmaq olmaz. Əsas da mədəsində problemi olanlar daha diqqətli olmalıdır. Uzun müddət ac qalarkən bədən ilk əvvəl karbohidrat bazalarını sərf edir və bu halda enerji əskikliyi yaşanır. İmsak süfrələrinin daha qüvvətli və tox tutacaq yeməklərdən hazırlanması lazımdır.

İmsakda qızıl qayda: bol maye

Bol miqdarda su içilməlidir. Çaya, qazlı içkilərə üstünlük verməyin, sadəcə su için. Çay istəyirsinizsə, açıq rəngli və şəkərsiz için. Çayı çox şəkərli içmək gün ərzində qan şəkərinin anidən düşməsinə səbəb olar. Tünd və çox dəmli çaylar rahat yuxuya mane olur. Çay yerinə bitki çayları, soyuq meyvə çayları, süd, ayran için.

İmsakda ağır və yağlı yeməklər yerinə yüngül yeməklər yeyin. Pendir imsak süfrəsində tox tutan ən əhəmiyyətli qidadır. Yağlı və çox duzlu olmamasına diqqət edin. 2 dilim pendir yeyilməlidir.

İmsakda pendirdən başqa ən yaxşı qida yumurta hesab edilir. Gün boyunca bədən müqavimətinin düşməməsi üçün səhər tezdən yumurta yeyilməlidir. Yumurtanı daha çox qaynamış halda yeyin. Zeytun yeyəcəksizsə, 5 ədəddən çox yeməyin. Sağlamlıq probleminiz varsa, imsakda 1 çay qaşığı mürəbbə, ya da bal yeyə bilərsiniz. Kolbasa, sosiska məhsulları susuzluq yaratdığı üçün tövsiyə edilmir.

Çörəyin tam taxıl olanını seçin. Çox B vitamin tərkiblidir. Eyni zamanda liflə zəngin olduğu üçün qəbzlik şikayətini də azaldır. Xəmir məhsullarından uzaq durun.

Güclü immunitet sistemi üçün meyvə, tərəvəz bol yeyin. İmsakda qarpız yemək yaxşı olar. Tərəvəzləri də az yağ, yaxud zeytun yağı ilə bişirin. İmsakda sulu yemək yeməyi xoşlayanlar mərci və yayla şorbası yeyə bilər.

İmsakda ağır ət yeməkləri və qızarmış ətlər yemək olmaz. Ətli yemək könlünüzdən keçirsə, əti qiymə halında yeyin. Əti qaynadılmış və az yağlı halda yeyin. Ətli yeməklərə tərəvəz əlavə etməyi də unutmayın.

Ramazan ayında imsakda plov çox yeyilir. Plovu düyüdən yox, bulğurdan hazırlayın. Düyü qan şəkərini yüksəldib düşürərək daha tez acmanıza səbəb olur. Düyünün vitamin dəyəri də aşağıdır. Bulğur isə uzun müddət tox tutur. B vitamin ilə də zəngindir.

Plovun yanında kompot içmək mütləqdir. Kompotların hazırlanmasında şəkər miqdarı da az olmalıdır. Şəkər yerinə darçın çubuqları əlavə edə bilərsiz.

Yeməyi yavaş və çeynəyərək yeyin. Çox sürətli yeyilən yeməyin ardından tez yatılarsa, yuxunun keyfiyyətində, həm də mədə və bağırsaqda problemlər yaranar.

İdeal imsak menyusu:

1 st süd

2 dilim pendir

1 yumurta

10 fındıq, 10 badam və ya 3 qoz

1 ovuc təzə meyvə

2-3 dilim taxıl çörəyi




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir