İmtahan həyəcanı, imtahan haqqında düşünəndə keçirdiyimiz narahatçılıq- insanın pis bir şey olacaq kimi düşüncəsi ilə bağlıdır.
Həyəcan və ya narahatlığımızın əlamətləri hansılardır?
-ürək döyüntülərinin sürətlənməsi
– tərləmə
– titrəmə
– mədə ağrısı
– ürək bulanma
– iştahsızlıq
-çox yemək
– ürəyin sanki yerindən çıxacaqmış kimi hiss etmək
– əzələ ağrıları
– yemək və yuxu pozuntusu və s
Bəs bu zaman nə düşünür və özümüzü necə hiss edirik?
-gərginlik
– əsəbilik
– pis düşüncə
– yaza bilməyəcəm, suallar çətin olacaq
– istədiyim balı toplaya bilməyəcəm
– valideynlərimin əziyyətini yerə vuracam
– hər kəs mənə bacarıqsızsan, savadsızsan deyəcək- düşüncəsi
– həyəcan
– çarəsizlik
– unutqanlıq
– diqqəti toparlaya bilməmək
– valideynlərimə kənardan nə deyəcəklər – düşüncəsi
– dünyanın sonudur
-uğurlu olmayacam və s.
İmtahan həyəcanı nədən yaranır?
İmtahan öncəsi və imtahan zamanı potensialını lazımı şəkildə göstərməyə mane olursa, bu imtahan həyəcanıdır.
İmtahan həyəcanının müxtəlif səbəbləri ola bilər;
1) Zamandan səmərəli şəkildə istifafə etməmək və imtahana hazır olmamaq
2) Fizioloji ehtiyacların düzgün qurulmaması- normal yuxu yatmaq, sağlam qidalanmaq, təmiz havada gəzmək lazımdır
3) İmtahan haqqında mənfi, neqativ düşüncələr- çalışın , müsbət, pozitiv düşünün
Qarşıda gələn imtahanlarda bütün 9 və 11-ci sinif şagirdlərinə uğurlar!
Siz bunu bacaracaqsız, arzularınıza çatacaqsız!
Psixopedaqoq Ülviyyə Əfəndiyeva