tezyiq

İnanılmaz: bu hərəkət insanı qan təzyiqindən xilas edir

Baxış sayı: 1. 817

Pəhriz, natriumun aşağı miqdarı, fiziki məşqlər və minimal stress həkimlərin ilk tövsiyələridir.

Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, hazırda yüksək qan təzyiqi ilə mübarizə üçün yeni “silah” tapılıb. Burada söhbət əl izometriyasından gedir.

Kanadadakı McMaster Universitetinin elmi-tədqiqat qrupunun üzvləri qan təzyiqindən əziyyət çəkən pasientlərdən xahiş ediblər ki, espanderə bənzəyən alətlə məşqləri həftədə 6 dəfə yerinə yetirsinlər.

8-10 həftədən sonra stabil dieta və təyin olunmuş məşqləri yerinə yetirən pasientlərdə arteriyalarda təzyiqi göstərən sistolik təzyiq 15% aşağı düşüb. Diastolik göstəricilər isə 3 nöqtə üzrə azalıb.

Digər müalicə növləri ilə müqayisədə bu metod əhəmiyyətli inkişaf göstərib.

Tədqiqatın rəhbəri professor Mauren MakDonald deyir ki, qan təzyiqinin azalmasını təmin edən mexanizm tam aydın deyil. Çox ehtimal ki, bu, ürəyin və qan damarlarının sinir nizamlanması ilə əlaqədardır.

Tədqiqatın əsasında hələ 1960-cı illərdə tətbiq edilən metodika dayanır. O zaman pilotlar yüksəklikdə təzyiqin zərərli təsirlərindən qaçmaq üçün espander istifadə edirdilər.

Həkimlər bu metodu ənənəvi müalicə ilə əvəzləmək niyyətində deyillər. Bu, yalnız əsas müalicə metodlarına effektiv əlavə ola bilər. Əsas odur ki, avadanlıq ələ yatsın və çox ağır sıxılmasın. Əks təqdirdə, iki dəqiqədən sonra məşqi davam etdirmək üçün pasientin gücü qalmaz.

Espanderin istifadəsi ilə bağlı məsləhətlər:

– Əl espanderini sıxdıqda beş saniyə gözləyin, sonra buraxın

– Hərəkəti iki dəqiqə ərzində davam etdirin, sonra iki dəqiqə istirahət edin.

– Hərəkəti digər əlinizlə də təkrar edin.

– Hərəkəti hər əlinizlə dörd dəfə təkrarlayın.

– Bir müddətdən sonra espanderi beş saniyədən də artıq sıxıb saxlayın.

– Hərəkətləri həftədə minimum üç dəfə edin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir