Deyilənə görə, “İndiqo” uşaqları keçən yüzillikdə, 80-ci illərin sonlarında meydana çıxıblar və o vaxtdan etibarən sayları daha da artır. Əslində, belə uşaqlar həmişə olublar, sadəcə diqqətə çarpmırdılar, çoxları sadəcə onları qəribə hesab edirdi. «İndiqo» ifadəsi mövcud olmasa da, belə uşaqlar daima mövcud olub.
İlk dəfə bu termini 1982-ci ildə ekstrasens Nensi Enn Tepp istifadə etmişdi. O iddia edirdi ki, bəzi uşaqların aurası indiqo rəngindədir. Beləcə hər kəs bu seçilən uşaqları «İndiqo» adlandırmağa başladı.
Hesab edilir ki, “İndiqo” uşaqları intellektin yüksək səviyyəsinə, ekstrasensor və telepatik qabiliyyətlərə malikdirlər, xüsusi həssasiyyətlə seçilirlər. Bu uşaqlar öz inkişafına görə cəmiyyətlə ziddiyyət təşkil edirlər, onlarla ümumi dil tapmaq çətindir, çünki onlar hamı tərəfindən qəbul edilmiş çərçivələrə sığmırlar, özlərinə qapalıdırlar və ya, əksinə, həddindən çox hiperaktivdirlər.
“İndiqo” uşaqlarının gözəçarpan əlamətləri:
Böyük yaradıcılıq potensialının mövcudluğu;
Başqalarına tabe olmaqdan imtina;
Güclü inkişaf etmiş intuisiya;
Adət edilmiş təlim-tərbiyə metodlarının inkarı.
“İndiqo” uşaqlarının bir çox mənbələrdə bir çox izahı olsa da, əsas olan onların digər həmyaşıdlarından fərqlənmələri, ağıllı olmaları, altıncı hisslərinin inkişaf etmiş olması və sistem dəyişdirici olmalarıdır. Tibb belə uşaqların var olduğunu inkar edir və onları hiperaktiv uşaqlar kateqoriyasına daxil edir ki, bu da gülməlidir.
“İndiqo” uşaqlarının xüsusiyyətləri bu xüsusiyyətlərin hamısı bir indiqoda olmur. Bir xüsusiyyət bir indiqo kimi qəbul etməliyik:
Onlar dünyaya zədaganlıq hissi ilə gəlirlər və ömür boyu elə olurlar
Altıncı hissləri inkişaf etdiyindən güclü metafizik bacarıqlara sahib olurlar
Aura rənglərini, səs dalğalarını görə bilirlər
Digər canlılarla yəni heyvanlarla telepatik əlaqə yaratmağı bacarırlar
Avtoritetlər qarşısında çətinlik çəkirlər
Yaradıcı fikir tələb etməyən sistemlərdə ürəkləri sıxılır
Çox vaxt düşdükləri sistemləri dəyişdirməyə meyl edirlər
Onlardan bəziləri 4-5 yaşda dərin və çox böyük abstrakt, fəlsəfi şeirlər yazmağa başlayır. Başqaları bu yaşda dərinməzmunlu və maraqlı şəkillər çəkir, bəzən müstəqil şəkildə mürəkkəb musiqi alətlərində ifa etmək bacarığına yiyələnir, bəzləri hətta valideynlərindən yaxşı mürəkkəb texnikadan anlayır, bəziləri isə əllərilə müalicə etmək qabiliyyətinə malikdir. –
Əvvəllər İndiqo uşaqları haqqında fenomen kimi danışırdılar, ancaq indi hesab edilir ki, XXI əsrin bütün uşaqları praktik olaraq bu və ya digər dərəcədə bu xüsusiləşməyə aiddirlər. Hesab edilir ki, İndiqo uşaqları müasir insanların yeni irqini təmsil edərək, əcdadlarından daha üstün bacarığa malik olacaqlar.