urek

İnfarkt “gəncləşir”: qorunmaq üçün nə etməli?

Baxış sayı: 1. 212

Ürək xəstəlikləri dünyada ən mühüm sağlamlıq problemlərinin önündə gəlir. Son dövrlərdə, xüsusən, gənclərin infarktdan həyatını itirməsi ciddi narahatlıq doğurur. Gənclərdə yaşanan infarkt çox hallarda ölümlə nəticələnir. Çünki yaşlılarda körpü damarlar tam formalaşdığından ani infarkt halları zamanı ürək digər damarlardan qan alaraq, qidalanmağa davam edir. Gənclərdə isə bu körpü damarlar formalaşmadığı üçün ani infarkt ölümlə nəticələnir.

Məlumatlara görə, hər il dünyada qəfil ürək dayanmasından 18 milyon insan dünyasını dəyişir. Lakin vaxtında həkimə müraciət etməklə bu ölümün qarşısını almaq mümkündür. Bunun üçün isə xəstəliyin əlamətlərindən xəbərdar olmaq lazımdır.

Kardioloq, professor İdris Xəlilov bildirir ki, ilk növbədə insan ürək nahiyəsində, sinəsində hansısa ağrı hiss edirsə, həkimə müraciət etməlidir. Kardioloqun sözlərinə görə, əslində infarktın “gəncləşməsini” söyləmək olmaz: “Təngnəfəslik də ürək xəstəliyinin əlaməti sayılır.  Bu, qanda oksigenin az olmasından xəbər verir. Əzələlərin işləməsi üçün oksigen tələb olunur. Onun miqdarı azaldıqda ağciyərlər qanı oksigenlə zənginləşdirmək üçün sürətlə oksigen almağa başlayır. Nəticədə də təngnəfəslik yaranır. Ümumiyyətlə, deyim ki, infarkt hər zaman olub. Yəni gənclər arasında da ürək xəstəliklərinə rast gəlinib. Bu, illər öncə də belə idi. Sadəcə olaraq, hazırda kommunikasiya ötən illərlə müqayisədə xeyli inkişaf etdiyi üçün baş verən hadisələrdən tez xəbər tutulur. Düşünürəm ki, infarktın hazırda gənclər arasında da geniş yayılmasının əsas səbəbi stressin artmasıdır. Buna başqa səbəb görmürəm”.

İdris Xəlilov ile ilgili görsel sonucu

Dünya tibbində ürəyin qəfil dayanmasının qarşısını vaxtında almaq üçün bir sıra tövsiyələr var. Bu tövsiyələrə demək olar ki, hər dildə rast gəlmək mümkündür. Onlardan bəzilərini təqdim edirik.

Belə ki, əgər sinə nahiyəsində narahatlıq varsa bu, ürəklə bağlı ola bilər. Bəziləri sinədə yüngül ağrı, bəziləri ilə sıxılma və təzyiq, digərləri isə yanğı hiss edirlər. Hər 3 halda  terapevtə müraciət edərək elektrokardioqramma və USM müayinəsindən keçmək tələb olunur. Əgər ağrı çox güclüdürsə, o zaman təcili tibbi yardım çağırın.  İştahanın itməsi, ürək bulanma, mədə ağrısı da ürəklə əlaqəli ola bilər. Bəzən  həzm sisteminin pis fəaliyyət göstərməsinin səbəbi onların az qanla təchiz olunmasıdır. Qan təchizatının pozulması ürəyin işinin zəifləməsindən xəbər verir. Əgər ürəyiniz səbəbsiz yerə bulanırsa və sinə nahiyənizdə narahatlıq hiss edirsinizsə, o zaman mütləq həkimə müraciət edin.  Bununla yanaşı, sol qola vuran ağrı da infarktla nəticələnə bilər. Çünki bildirilir ki,  ürəkdən və sol qoldan çıxan sinirləri beynin eyni zonası idarə edir. Nəticədə də beyin ürəyin və ya qolun ağrıdığını ayırd edə bilmir. Əgər sizin sol qolunuz səbəbsiz yerə ağrıyırsa bu infarkt əlaməti ola bilər. Qeyd edək ki, sol qolda güclü ağrılar müşahidə edilməyə başlanılan kimi bir neçə dəqiqə ərzində təcili yardıma xəbər verilməlidir. Eyni zamanda aşağı çənə və dişlərdə ağrılar zamanı da beyin ürəyin yoxsa dişlərin ağrıdığını müəyyən etməkdə çətinlik çəkir. Tibdə hətta insanların ağrıdan qurtulmaq üçün ard-arda dişlərini çəkdirmələri faktları da məlumdur. Zəif ürək qan dövranını normal yerinə yetirə bilmir. Bu səbəbdən də orqanlar və toxumalar qida maddələri və oksigen əskikliyi yaşayır. Yaşamaq üçün orqanizm az həyati əhəmiyyətə malik olan orqanlara gedən qan təchizatını azaldır. İlk növbədə yuxarı və aşağı ətraflara gedən qan ürəyə, beyinə, ağciyərlərə yönləndirilir. Buna görə də hərəkət edərkən yorğunluq hissi tez yaranır. Əgər bu hal yaşanırsa, o zaman kardioloqla müraciət edin.

 

Bəs ürəyi qorumaq üçün nə etmək lazımdır?

İdman hərəkətlərindən başqa, amerikalı alimlər hesab edirlər ki, ürəyi qorumaq üçün süni, lifli qidalardan uzaq olmaq lazımdır. Amerikalıların tövsiyəsinə görə, qoz, paxlalı bitkilər, zeytun yağı, brokoli, kətan toxumu, yulaf, acı şokolad, balıq ürək üçün ən faydalı qidalar hesab edilir. Ürək üçün ən xeyirli fiziki aktivlik isə üzgüçülük, qaçış və uzaq məsafələrə yerimə sayılır.

 

Əli RAİS




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir